PDF Oxu

Siyasət

  • 6 021

Gəncə hadisələrinin arxasında kimlər və nə dayanır? ÖZƏL-ŞƏRH

Gəncə hadisələrinin arxasında kimlər və nə dayanır? ÖZƏL-ŞƏRH

"Gəncə hadisələrindən bir il ötür. Düz 1 il əvvəl Azərbaycan dövləti və xalqı növbəti terrorla üzləşdi. Şübhəsiz ki, bu Azərbaycanın müstəqilliyinə qarşı həyata keçirilən növbəti bir çirkin akt idi". Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, dövlətimizə qarşı həyata keçirilən bu çirkin terror aktının yerinin Gəncə seçilməsini təsadüfi saymaq olmaz: "Elə keçən il, Gəncə hadisələrindən bir ay əvvəl 2018 ci il mayın 28-də ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşrində müəllifləri Luke Coffey və Efgan Nifti olan “Azərbaycan Qərbə niyə lazımdır” başlıqlı məqalə diqqətimi cəlb etmişdi. Tanınmış nəşr sanki baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi.Məqalədə Asiyanın həyati əhəmiyyətli enerji resurslarının İran və Rusiyadan keçməməsi üçün təkcə bir yolun olduğuna xüsusiylə toxunulurdu! Bu yol – Gəncə keçididir. Avropa ilə Asiya arasında ticarət və enerji xəttlərinin cəmi 3 ölkə, İran, Rusiya və Azərbaycan vasitəsiylə keçildiyini nəzərə alsaq, Gəncə və ətrafının Qərb üçün necə strateji əhəmiyyət daşıdığını anlamaq olar. Məqalədə qeyd edilir ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğal etməsi nəticəsində Azərbaycandan keçən nəqliyyat dəhlizi bir qədər daralmışdır. Eyni zamanda, Gəncə qapısının cəbhə bölgəsinə yaxın yerləşməsi xüsusiylə qeyd edilir. Qeyd olunur kı, Gəncə yolunun strateji əhəmiyyəti onun həm Xəzər hövzəsinin enerji resurslarının müxtəlif xəttlər vasitəsi ilə Avropaya daşınmasında, həm də nəqliyyat dəhlizi üzərində yerləşməsindədir. Avropa ilə Asiyanı birləşdirəcək yeganə avtoyol məhz Gəncə keçidi vasitəsi ilədir.Göründüyü kimi, yazıda açıq – aşkar şəkildə, Gəncə ətrafında baş verə biləcək təxribatlar istisna edilmirdi.Cəmi 1 ay sonra biz Gəncə şəhərində çirkin olayların şahidi olduq. Bunun təsadüf olub-olmamasını deyə bilmərəm, bildiyim odur kı, tarixin ayrı–ayrı dövrlərində olduğu kimi, indi də Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən, dövlətimizi zəiflətmək istəyən qüvvələr istər xaricdə, istərsə də daxildə kifayət qədərdirlər. Bu qruplar müxtəlif ölkələrdən idarə olunaraq üzərimizə şığımaq üçün əlverişli məqam gözləyirlər. Gəncə hadisələrinin ildönümü ilə əlaqədar müxtəlif radikal klerikal dairələr tərəfindən idarə olunan saytlarda və sosial şəbəkələrdə yenidən fəallaşma müşahidə edilməkdədir. Həmin səhifə və saytlarda Azərbaycan dövləti açıq–aşkar məzhəb savaşı ilə təhdid edilir, ölkədə əsrlərlə formalaşmış millətlərarası və dinlərarası dostluq mühiti şübhə altına alınır.Xarici qrupların fəaliyyətinin kordinasiyalı şəkildə olması da göz qabağındadır. Məsələn, Yunis Səfərovu açıq şəkildə qəhrəmanlaşdırmaq, sosial şəbəkələr üzərindən “Yunis Səfərov” hərəkatı təşkil etmək təşəbbüsü ilk dəfə Ermənistan xüsusi xidmətlərinə bağlı OTV və onun bədnam rəhbəri Zabil Məhərrəmov (Madoj) tərəfindən gəlib. Z.Məhərrəmov bundan əvvəl Nardaran hadisələri ərəfəsində fəallaşmış, “Kərbübəladır Nardaran” mətləsi ilə şiə rövzələrinə bənzər radikal çağırışlar ehtiva edən şeirlər yazaraq Azərbaycanın talışəsilli vətəndaşlarını da bu üsyana qoşulmağa dəvət etmişdi.Digər bir misal. Taleh Bağırzadənin hara qulluq etməsi hər kəsə məlumdur. Eyni zamanda o da məlumdur kı, bu yaxınlarda Ermənistanda keçirilmiş elmi konfransda Taleh Bağırzadəni Azərbaycanda “yaşıl inqilab”ın lideri elan etmişlər. Axı Diqqəti islam axınlarının antaqonizmində cəmləmək və Azərbaycanda islamın hansısa məzhəbinin sıxışdırılmasını iddia etmək ermənilərin “nəyinə lazımdır”? Talehdən əvvəl qondarma qəhrəmanlar siyahısında Əlikram Hümbətov və Fəxrəddin Abbaszadə kimi separatçılar da var idi.Təəsüflər olsun kı, bəzən içi özümüzkülərdən olanlar həmin dairələrin “peşka”sına çevrilərək vətənə xainlik edirlər. Azərbaycanda “demokratiya” və “insan haqları” adı altında “müxalif qruplar”, “radikal müxalifətin” bəzi nümayındələri öz cılız məqsədlərinə nail olmaq, yeni maliyyə imkanları əldə etmək üçün istənilən xarici qüvvənin əlaltısına çevrilməyə hazırdırlar. Amma, Azərbaycanı Suriyaya, İraqa, Liviyaya çevirmək onlara müyəssər olmayacaq. Çünki, Azərbaycan xalqının başında onun Prezidenti dayanır.Hər bir ölkənin tarixində onun liderlərinin, ölkə başçılarının tutduğu mövqe və apardıqları siyasət əsas önəm daşıyan faktorlardan birincisidir. Çünki həm dövlətin yüksəlişi, həm də var olan problemlərin aradan qaldırılması, eyni zamanda hər bir dövlət qarşısında çağırışlara cavab vermək üçün liderin apardığı rol və onun dünya siyasətində tutduğu mövqe çox vacibdir. Bu kontekstdən məsələləri təhlil edərkən doğrudan da, Ümummilli lider Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin Azərbaycan tarixində misilsiz rol oynadıqlarını əminliklə bildirmək olar.2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyevə 2018 ci ildə baş tutan seçkilərində xalq tərəfindən verilən dəstək bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir.ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ kimi beynəlxalq aktorların maraqlarının toqquşduğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq subyektinə (obyektinə deyil) çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müyəssər olmur.Hakimyyətdə olduğu müddətdə Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını öndə tutan layihələri reallaşdırması, dövlətimizi regional enerji və nəqliyyat mərkəzinə çevirməsi, ölkə daxilində milli dövlətçilik maraqlarına xidmət edən strateji hədəfli siyasət aparması bir çoxlarını pərişan edir. Çünki, onlar güclü Azərbaycanı istəmirlər. Lakin, önəmli olan xalqın gözünün tərəzi olması, xalqın dövlət başçısının yanında olmasıdır".

sia.az

Digər xəbərlər