PDF Oxu

Siyasət

  • 4 585

"Gəncə hadisələrini gündəmə gətirməklə gərginlik yaratmaq istəyirlər" AÇIQLAMA-ÖZƏL

"Gəncə hadisələrini gündəmə gətirməklə gərginlik yaratmaq istəyirlər" AÇIQLAMA-ÖZƏL

“Ötən il Gəncədə baş verənlər ölkəmizə qarşı yönələn bir hadisə idi ki, dövlətimiz həmin hadisələrin qarşısını yüksək səviyyədə almaqla yanaşı, cinayətkarlar öz cəzasına çatdı. Artıq həmin hadisədən 1 il ötüb. Amma radikal təxribatçı qüvvələr məsələni yenidən gündəmə gətirməklə cəmiyyətdə gərginlik yaratmağa çalışırlar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Baş verənlərin yenidən təkrarlanmasının mümkünsüzlüyünü ifadə edən deputat bildirib ki, Gəncə hadisələrini yenidən gündəmə gətirməklə nəyəsə nail olmaq boş söhbətdən başqa bir şey deyil.E. Məmmədov Azərbaycan dövlətində, dövlətçiliyin qorunmasında qanunvericilik yüksək səviyyədədir: “Hər bir vətəndaşımızın hüququ qanunlar çərçivəsində yüksək səviyyədə qorunaraq, müdafiə olunur. Ölkəmizin müvafiq hüquq mühafizə orqanları üzərilərinə düşən vəzifəni çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirirlər”.Azərbaycan Prezidenti İlham Əliyevin “mən hər bir vətəndaşın prezidentiyəm” fikirlərini xatırladan deputat vurğulayıb ki, ölkəmizdə Azərbaycan insanın hüquq və təhlükəsizliyi yüksək səviyyədə qorunur: “Bu gün kimlərsə, nəyə görəsə, xaricdən, daxildən dolayı yolla alıdığı cinayətkar maliyyə mənbələri hesabına ağzına gələni danışır və ya yazırsa, bu, həmin şəxslərin məkrli siyasətlərinin xəbərçisidir. Bu gün radikal qüvvələr xəyallarındakıları həqiqətdə görmək istəyirlər. Amma bu mümkün olmayacaq. Onların istəklərinin arxasında Azərbaycanda Liviya, İraq, Suriya, Əfqanıstan, Pakistan yaratmaqdır və buna görə, xarici qüvvələrdən maliyyə alırlar. Lakin onların heç zaman istəklərinə nail ola biləyəcəklər. Çünki bu gün Azərbaycan dövləti, dövlətçiliyi, hər bir bölgəsi və vətəndaşı qanunlarla güclü şəkildə qorunur".

sia.az

Digər xəbərlər