Siyasət

  • 3 106

YAP Nəsimi rayon təşkilatının gəncləri "Aztəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq, yardıma ehtiyacı olan aztəminatlı və şəhid ailələrinə sovqatlar paylayıblar

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclər birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən "Aztəminatlı ailələrə qayğı" aksiyasına qoşularaq, rayon ərazisində yaşayan yardıma ehtiyacı olan aztəminatlı və şəhid ailələrinə sovqatlar paylayıblar.YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə kimsəsiz, qayğıya ehtiyacı olan insanlara dövlətimiz tərəfindən daim diqqət ayrılıb. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edərək, bütün sahələrdə olduğu kimi, həyata keçirilən uğurlu sosial siyasətin nəticəsində, həssas qruplar kimi, tənha, ahıl, əlil vətəndaşların da rifah halının yaxşılaşdırılmasına, ildən-ilə güclənməsinə səbəb olduğunu bildirdi: "Bu, bir faktdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də, aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ünvanlı sosial yardım proqramlarının məqsədyönlü tətbiqi nəticəsində, ölkəmizdə yoxsulluq səviyyəsinin azaldılmasına müsbət təsir göstərib". M.İbrahimqızı YAP-ın siyasi deyil, həm də, humanitar və xeyriyyə aksiyalar keçirdiyini diqqətə çatdırıb: "YAP Nəsimi rayon təşkilatı da, mütəmadi olaraq, bu aksiyalara qoşulur. Rayon təşkilatı Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun orduya dəstək çağırışına ilk qoşulanlardandır. YAP dəfələrlə belə aksiyalar keçirib. YAP-ın təşəbbüsü ilə həyata keçirilən "Aztəminatlı ailələrə qayğı" aksiyasına YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin fəalları da qoşulub".Rayon təşkilatının fəal gəncləri rayon ərazisində yaşayan imkansız və şəhid ailələrinə baş çəkərək, sovqatları təqdim etməklə yanaşı, onların problemləri ilə də maraqlanıblar. Xatun Əliyeva, Nurcahan Səfərbəyova, Sona Cəfərova, Çingiz Rzayev və başqaları onlara ayrılan bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər