Siyasət

  • 3 616

YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin üzvləri aztəminatlı ailələrə yardım ediblər

image

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Xüsusilə də ölkə iqtisadiyyatında həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb.

Eyni zamanda, öz fəaliyyətində bu siyasəti rəhbər tutan Yeni Azərbaycan Partiyası da daim sosial prinsiplərdən çıxış edərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfəsini verir.
Bu cür sosial tədbirlər çərçivəsində ötən gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən “Aztəminatlı ailələrə qayğı” aksiyasında partiyanın Yasamal rayon təşkilatının Gənclər Birliyi bir qrup kimsəsiz, əlil şəxslər və aztəminatlı ailələrlə yaşadıqları yerlərdə görüşlər keçirib, onlara zəruri ərzaq və digər məhsullardan ibarət yardım edib.
Yasamal rayonunu əhatə edən aksiyada Xalidə Bağırova, Gülzar Əzizova, Arzu Pirimova, Bəyim Zahidova, Məmməd Sadıqov və digərləri, onların ailə üzvləri ilə görüşlərdə Yeni Azərbaycan Partiyası tərəfindən bu cür tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib. Vurğulanıb ki, öz fəaliyyətində sosial istiqaməti prioritet qəbul edən YAP sosial-iqtisadi inkişafa yönəlik müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslər, o cümlədən kimsəsiz, əlil və aztəminatlı ailələrin daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir.
Görüşlərdə o da qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə, qayğı ilə əhatə olunmalarına töhfə verməklə yanaşı, onlara xoş əhval-ruhiyyə yaşatmaq məqsədi daşıyır.

yap.org.az

Digər xəbərlər