Siyasət

  • 3 788

Oğuzda "Gənc liderlər" üçün "Yay məktəbi" layihəsinə start verilib

image

Oğuz rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc liderlər" üçün "Yay məktəbi" layihəsinə start verilib. SİA-nın verdiyi məlumata görə, min nəfər fəalın iştirak edəcəyi məktəbin açılış mərasimində YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, millət vəkilləri Rauf Əliyev, Kamilə Əliyeva və Oğuz rayon icra hakimiyyətinin başçısı iştirak ediblər.Gəncləri salamlayan YAP icra katibi S.Novruzov layihənin əhəmiyyəti haqqında danışıb. O, YAP sədri cənab İlham Əliyev və sədrin birinci müavini Mehriban xanım Əliyevanın tapşırığı ilə fəal gənclər üçün təşkil olunmuş yay məktəbindən məksimum yararlanmaları üçün onlara öz tövsiyələrini verib. Onlara məktəbin təşkil olunmasının məqsədindən danışaraq yaradılan imkanlardan daha səmərəli istifadə etməyə çağırıb.Mətbuata açıqlama verən S.Novruzov yay məktəbinin təşkilində məqsədin yalnız istirahət yox, YAP-ın fəal üzvlərinin xalqın arasında olmaları, intellektlərinin daha da artırılması, sosial şəbəkələrdə işləmə vərdişlərini cilalamaları və regionlardakı inkişafla yaxından tanış olmaları olduğunu bildirib.Qeyd edək ki, 5 gün davam edəcək "Yay məktəbi" çərçivəsində təlimlər, seminarlar, informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışları və əyləncəli proqramlar planlaşdırılıb.

sia.az

Digər xəbərlər