Siyasət

  • 3 254

"Baş verənlərin arxasında erməni lobbisinin dayandığı istisna edilmir" AÇIQLAMA - ÖZƏL

image

“Azərbaycanla Gürcüstan arasında həm iqtisadi həm də siyasi əlaqələr çox möhkəm dostluq, qonşuluq əsasında qurulub. Biz bilirik ki, ölkəmizdən Avropaya və digər yerlərə gedən neft-qaz kəmərləri, eləcə də Bakı Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars dəmiryol xətləri məhz Gürcüstan ərazisindən keçir ki, bu hər iki tərəf üçün əhəmiyyətli məsələlərdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov deyib.Azərbaycan və Gürcüstanın sərhəd qonşuları olduqları üçün hər iki ölkənin turizm sahəsində əlverişli əməkdaşlıq etdiyini xatırladan deputat söyləyib ki,“Keşikçidağ” məbədi ətrafında təxribat xarakterli hadisələrdə üçüncü qüvvələrin təsiri açıq şəkildə görünür: “Biz bilirik ki, müəyyən müddətdir ki, ,“Keşikçidağ” məsələsi ilə bağlı iki tərəf arasında danışıqlar aparılır və inanırıq ki, iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələri bu cür təxribatların baş verməsinə imkan verməyəcək”.C. Osmanov bildirib ki, məsələnin danışıqlar vasitəsilə müsbət şəkildə həll olunacaq: “Təxribat etmək istəyənlər Azərbaycan və Gürcüstanı sevməyən, eləcə də ölkələrin inkişafını gözü götürməyən qüvvələrdir: “Onların məqsədi bu cür təxribatlarla iki ölkə, xalqlar arasında qarşıdurma yaratmmaqdır. Təbii ki bu, yolverilməzdir. İnanırıq ki, məsələ yaxın müddətdə həllini tapacaq”.İşçi qrupunun üzvü qeyd edib ki, baş verənlərin arxasında erməni lobbisinin dayandığı istisna edilmir: “Bu gün Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. İşğalçı ölkənin hakimiyyəti torpaqlarımızın 20 faizini işğal edib. Biz görürük ki, erməni lobbisi hər bir məqamda dövlətimizin imicinə, iqtisadi artımına, həyata keçirilən islahatlara xələl gətirməyə çalışır. Onlar bəzi beynəlxalq qurumlar vasitəsilə Azərbaycana ziyan vurmağa cəhd edirlər. Onlar ölkəmizdə keçirilən mühüm tədbirlər, yarışlar və beynəlxalq səviyyəli tolantılar eləcə də xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına yönələn əhəmiyyətli islahatlar zamanı daha da aktivləşərək müxtəlif təxribatlara əl atırlar. Bu baxımdan son hadisələrdə intriqa yaratmaq istəyən qüvvələrdən biri erməni lobbisi ola bilər”.

sia.az

Digər xəbərlər