"İyulun 21-i ölkəmizin paytaxtı Bakıda “Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalına start verilib. Bu festivalın Bakıda keçirilməsinin ölkəmiz üçün həm beynəlxalq, həm də daxili əyhəmiyyəti vardır. Biz görürük ki, dünyada ziddiyyətlər və ölkələrarası münasibətlər arasında problemlər artmaqdadır. Belə proseslər fonunda Azərbaycan sülh adası kimi özünü təsdiq edə bilib və beynəlxalq tədbirlər üçün mərkəzə çevrilib. Həm də Azərbaycan idman ölkəsi imicini formalaşdırıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, son illər Azərbaycanda çoxlu olimpiya mərkəzləri və beynəlxalq idman oyunları keçirmək üçün arenalar inşa olunub: "Bu da bir çox idman oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirməsinə imkan yaradıb. Bakı imkan yaradır ki, müxtəlif ölkələrdən idmançılar bir araya gəlsin, insanlar arasında dostluq əlaqələri yaransın və bu bir növ üzərimizə götürdüyümüz multikulturalizm missiyasının davamıdır. Ölkə başçısının rəhbərliyi altında apardığımız bu siyasət beynəlxalq aləmdə məmnunluqla qəbul edilir və böyük tədbirlərin keçirilməsinə Azərbaycana etimad göstərilir. XV Avropa Gənclər Festivalı həm də böyük idmana keçən yoldur və bu yarışların gənc idmançıların formalaşması baxımından böyük əhəmiyyəti vardır. Yəni, gənclərimizə özünü təqdim etməyə bir imkan yaranmış olur və bunu da gənclərimizin idmana stimullaşdırıcı bir mənbəyi hesab edirəm.Gənclər festivalın ölkəmizdə keçirilməsi həm də ölkəmizin turizm imkanlarının təbliği baxımından böyük əhəmiyyətə malikdir. Məhz belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizə gələn turistlərin sayının ilbəil artmasına gətirib çıxarır. Turizmin inkişafı təbii ki, iqtisadiyyatın dinamik inkişafına öz töhfəsini verir. Belə tədbirlərin keçirilməsinə minlərlə könüllü gənc cəlb olunur ki, bu da gənclərimizin təcrübə qazanmasına və formalaşmasına şərait yaradır. Sonda qeyd etmək istəyirəm ki, beynəlxalq idman oyunları iqtisadiyyat, mədəniyyət və sabitlik deməkdir".
sia.az