PDF Oxu

Siyasət

  • 4 583

Radikal müxalifətin “mühacirət” oyunbazlığı

Radikal müxalifətin “mühacirət” oyunbazlığı

Müsavatda baş verənlər AXCP-də və s. müxalif partiyalarda da mövcuddur

Artıq kimsəyə sirr deyil ki, radikal müxlaifət düşərgəsində təmsil olunmağın əsas səbəblərindən biri də ölkəni tərk edərək, rahat şəkildə Qərbdə "siyasi sığınacaq" almaq üçündür. Sözügedən fakt özünü kifayət qədər təsdiq edib və indi də sübut olunmaqdadır. Bu və ya digər şəkildə xarici ölkələrə mühacirət edənlər isə xüsusilə Avropa ölkələrinə yerləşdikdən sonra uzağı bir-iki il "mühacir müxalifətçi" olub, aradan çıxırlar. Çünki onlar artıq öz istədiklərinə - Qərbdə yaşamaq hüququ əldə etmələri istəklərinə çatıblar. Boş-boşuna müxlaifətçilik etmək isə belələrinə sərf etmir.
Müsavatçının ittihamı: "Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq"
Məhz bir müddət əvvəl Müsavat partiyasında baş verən hadisəni xatırlasaq öyrənməyə kifayət edər ki, bu kimi partiyalardan mühacirət oyunbazlığı necə oynanılır. Xatirinizdədirsə, Müsavat partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat partiyası adından saxta sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı. Ancaq od olmayan yerdən tüstünün çıxması məsələsi, bəlli olduğu kimi, bu məsələnin də üzə çıxması elə-belə yaranmayıb.Qeyd edək ki, vaxtilə müsavatçı olmuş Elnur Aydın oğlu Mirzəyev iddia edib ki, o, xaricə rahat yolla getmək üçün Müsavat partiyasının başqan müavini Gülağa Aslanlıya rüşvət verib. Daha dəqiq desək, Elnur Mirzəyev bir müddət partiyaya qeyri-rəsmi üzv olsa da, rəhbərlik ona müsavatçılığını təsdiq edən partiya sənədi verməyib. Elnur isə xaricə getmək və gedişini tezləşdirmək istəyirdi. Ona görə də rəhbərliyə yol tapıb, verdiyi "şirinlik" sayəsində Müsavat partiyasının biletini əldə edib. Beləliklə də Belçikaya çatar-çatmaz özünü "məzlum Azərbaycan müxalifətçisi" görüntüsünə salaraq, siyasi sığınacaq almağa nail olub.Ancaq məsələ yalnız E.Mirzəyevin saxtakarlığından getmir. Çünki ortadakı saxtakarlıq payından Müsavat rəhbərliyinə də, daha dəqiqi isə sabiq başqan İsa Qəmbər başda olmaqla indiki başqan Arif Hacılıya, başqan müavini Gülağa Asalanlıya, o cümlədən başqa "yuxarı eşalon" müsavatçılara da düşür. Əgər belə olmasa idi, Elnur partbilet almaqdan ötrü 1800 manat (!) rüşvət verməzdi. Belə ki, ondan bu rüşvəti istəyiblər ki, o da onu ödəyib. Hansı ki, Müsavat rəhbərliyini rüşvət almaqla ittiham edən şəxsin özü də partiyaya yaxın olan media orqanına açıqlamasında deyib ki, sənədi almamışdan öncə, ölkədən çıxacağı xəbərdarlığını edib. Daha dəqiqi, ömrünün axrına kimi müsvatçı olmayacağını deyib. Sitat: "Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".Gülağa Aslanlının özü tərəfindən verilmiş sənədin "saxta" olmasını deməsi isə Elnur Mirzəyevin növbəti faktları açıqlamasına səbəb olub. O, deyib ki, rüşvət hesabına aldığı hər bir arayışa, sənədə görə 300 manat ödəyib: "Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə... İnsanlara saxta sənədlər satmısınız və mən yeganə adam deyiləm. Hamı bilir ki, illərdir Müsavat partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam".
AXCP partbileti almış bir neçə "siyasi mühacirin" adları da məlumdur
Beləliklə, məsələ aydındır. Çünki Gülağa Aslanlı bu ətrafda nə qədər nala-mıxa vursa da etiraz, inkar etsə də, ortada sənəd var və onu "saxta" adlandırmaq, sadəcə baş aldatmaqdan başqa heç nə deyildir.Lakin qeyd etmək yerinə düşrədi ki, bu cür olaylar yalnız Müsavat partiyasında baş vermir. Əli Kərimlinin rəhbəri olduğu AXCP-də də eyni hal yaşanmaqdadır. Əldə etdiyimiz səhih məlumata görə, AXCP-də bu qeyri-sərmi sənəd satışı biznesinə bilavasitə Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı baxır. Bu barədə əlimizdə faktlar mövcuddur və yaxın günlərdə onları ictimai rəyin müzakirəsinə buraxacağıq. Artıq pul müqabilində AXCP partbileti almış bir neçə "siyasi mühacirin" adları da bizə məlumdur. Sadəcə, çox yaxın dövrdə onlar da öz etiraflarını edərək, Elnur Mirzəyev kimi ortaya danılmaz faktlar qoyacaqlar və onda nə Əli Kərimli, nə də Fuad Qəhrəmanlı heç bir arqumentlə çıxış edə bilməyəcək. Necə ki, indi Gülağa Asalanlının "arqumentləri" ictimai rəydə gülüş hədəfinə çevrilib.Nəticədə isə bir daha sübut olunur ki, radikal müxalifət daxilində uzun müddət korrupsiya və rüşvət tüğyanı baş verib və həmin dairələr müxtəlif variantlarla para qazanmaq yolunu özlərinə "haqq yolu" seçiblər.

sia.az

Digər xəbərlər