PDF Oxu

Siyasət

  • 4 216

AXCP-Müsavat düşmənçiliyi davam edir ANALİTİK

AXCP-Müsavat düşmənçiliyi davam edir ANALİTİK

Bu partiyalar hələ də bir-birlərinin həzm-rabelərindən keçmirlər

Artıq uzun illərdir ki, davam edən AXCP-Müsavat savaşının nə zamansa başa çatacağı kimsəyə inandırıcı görünmür. Çünki ortada olan və reallaşdırıla bilinməyən iddialar buna imkan verməməkdədir. Hətta bu gün dünyanın müasir və inkişaf edən siyasi arenasında bu kimi partiyaların fəaliyyət göstərməsi, daha dəqiq desək, “fəaliyyət göstərmək” adı altında yalnız fərdi maraqlara xidmət etməsi onların aşkar simalarını ifşa edir. Bu ifşa isə artıq belə bir nəticəyə gəlməyə imkan yaradır ki, hələ ötən əsrin ikinci onilliyi zamanı bolşevizm ideologiyası ilə menşeviklik arasındakı cərəyan edən hadisələrin inikasını, əksini cəbhəçilərlə müsavatçılarda görmək elə də çətinlik yaratmır.
Onlar nədən xoflanırlar?
Lakin ortada digər bir maraqlı nüanslar mövcuddur. Bu kimi məsələnin təhlilini apararkən, biz nəinki adıçəkilən partiyalar arasındakı münaqişələri, o cümlədən, həmin partiyaların daxillərindəki nifaqlı münasibətlərin şahidlərinə çevrilirik. Bolşevik və menşevik təfəkkürü bu partiyaların daxillərinə artıq o qədər hopub ki, hətta sədrlər kiçik bir etirazlı hal gördükləri vəziyyətdə dərhal xoflanır, kürsülərinin əldən veriləcəyindən ehtiyat etməyə başlayırlar.Məsələn, Arif Hacılı sosial şəbəkədə açdırdığı və partiyasna aid olan qapalı səhifədə belə bir qeyd etdirib. SİTAT: “Bizə dönük çıxıb getmiş adamların yazılarına dəstək verməyi, xeyir işlərində yanlarında olmağı, barələrində təriflər yazmağı tərgidin. Nəzərə alın ki, bu yolla dönüklüyə stimul verirsiniz”.Bu amil isə həmin təfəkkürlə hakimiyyətə can atmağın yersiz iddia olmasını bir daha sübuta yetirir. Partiyadaxili müxalifətçiliyə dözümsüzlüyün nümayişi məhz belə nəticəyə gəlməyə imkan yaradır.
Arif Hacılı yenidən sabiq müsavatçıların hədəfində
Yeri gəlmişkən,Müsavatı tərk edib getmiş şəxslər də bu tələbi aşkarladıqdan sonra onu “skrin şot” edib paylaşıblar. Bundan sonra isə A.Hacılını kəskin tənqid kampaniyasına başlanılıb. Keçmiş müsavatçılar Hacılını diktatorluqda ittiham edirlər. Onlar qeyd edirlər ki, partiyanı “bizim kimi düşünməyən bizdən deyil” prinsipiylə idarə edən diktator başqan, partiya daxilində növbəti parçalanmanın əsasını qoyub. Bu səbəbdən, çox yaxın vaxtlarda partiyadan kütləvi istefaların başlayacağı da iddialar arasındadır.
Əli Kərimli də bənzər vəziyyəti yaşayır
Ancaq bayaq da qeyd edildiyi kimi, AXCP sədri Əli Kərimlidə də eyni hal yaşanır. Çünki ölkə müxalifətinin sıradan çıxmasında əsas rol oynayan bu məsələnin ilk yaradıcıları Ə.Kərimli sonradan həmin keçici sindromu liderlik iddiasında olan digər partiya sədrlərinə də yoluxdurub. Əlbəttə ki, bu tipli ambisioz mövqelər cəmiyyətdə müxalifətə qarşı itirilmiş inamı ümumiyyətlə, yox edir, nəticədə digər müxalifətin daha da dərindən parçalanması prosesi sürətlənir.AXCP sədri ilə bağlı daha bir ilginc ittihamı irəli sürmək mümkündür. Məsələn, AXCP ilk partiyalardandır ki, “Yurd” qrupunun rəhbəri olmuş Kərimlinin ambisiyaları üzündən həmin təşkilat parçalanmağa başladı və ölkədə parşalanmış partiyadan digər partiyaların yaranmasına səbəb olan vəziyyət yaşandı. Daha dəqiqi, partiyaların əksəriyyətinin digərilərinin parçalanmasından yaranması ənənəsinə start verildi. Nəticədə bir partiya digərini rəqib kimi deyil, düşmən görür, bu halda isə hansısa məqsəd üçün bir yerə toplaşmağa imkan vermir. Son günlər biz bir daha həmin vəziyyəti yetərincə müşahidə etmişik.Nəticə etibarilə bir-birlərini çıxdaş etməkdən ötrü başladılmış dava-şavalar – Əli Kərimli, Arif Hacılı və bu ambisiyanın daşıyıcı olan digər bəzi partiyaların fəaliyyətləri müxalifətin sonunu çatdırıb.

sia.az

Digər xəbərlər