“Ümumiyyətlə genişmiqyaslı və müxtəlif xarakterli, o cümlədən idman, mədəniyyət beynəlxalq dövlətlərarası hümanitar, logistika və s. səpkili beynəlxalq tədbirlərin Azərbaycanda uğurla keçirilməsi artıq o qədər geniş yayılıb və ictimaiyyət üçün o qədər adi bir hadisəyə çevrilib ki, əslində bunların Azərbaycanda belə uğurla keçirilməsi dövlətimizin, cəmiyyətimizin ən mühüm güc və nizam-intizam göstəricilərindən birinə çevrilib”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, artıq ölkənin nefti, qazı başqa aqrar sektorda böyük ixrac potensialına malik olan məhsulları, bəzi qeyri-neft sektoruna aid olan məhsulları ölkənin maraqlı brendinə çevrildiyi kimi müxtəlif xidmət konsepsiyaları, o cümlədən “ASAN”, “ABAD” və s. kimi ölkənin xidmət brendlərinə çevrildiyi kimi beynəlxalq tədbirlərin uğurla keçirilməsi adı da Azərbaycan üçün maraqlı və çox əhəmiyyətli tanınmaz edilib: “Dünya ölkələri içərisində Azərbaycan kimi çox az sayda ölkələrə rast gəlmək olar ki, müxtəlif beynəlxalq tədbirləri əvvəldən axıradək hətta bəzən 3-5 mindən başlayaraq 20 minə qədər xaricdən gəlmiş qonaqların iştirakı ilə belə nəhəng tədbirlər keçirir. Azərbaycan artıq belə tədbirləri ən yüksək səviyyədə uğurla keçirən ölkələr sırasında öz yerini möhkəmləndirib. Təbii ki, bu bizim ölkənin gücünü, təcrübəsini, dövlətin, cəmiyyətin buna hazırlığını göstərir. Bu dünya dövlətlərinin Azərbaycanın təcrübə və təşkilatçılıq gücünə bələdçiliyini ifadə edir. Həmçinin bu Azərbaycanın ölkədə, dünyada tanınması üçün əvəzsiz rol oynayan hadisələr silsiləsinə aiddir. Bütün bunları Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalına aid etmək mümkündür. 50-dən artıq xarici dövlətin və 3 mindən artıq əcnəbinin iştirak etdiyi bu tədbirdə təbii ki, Azərbaycanın bugünkü vəziyyətini, reallıqlarını dünyaya göstərmək baxımından çox əhəmiyyətlidir”.
sia.az