PDF Oxu

Siyasət

  • 3 633

"İngiltərənin daimi maraqları var və o maraqlardan çıxış edəcək" ÖZƏL-MÜNASİBƏT

"İngiltərənin daimi maraqları var və o maraqlardan çıxış edəcək" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni Baş naziri Boris Conson Avropa Birliyinindən ayrılmaq məsələsində o çox ciddi radikal mövqe tutur. Yəni bu onların öz siyasətidir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Politoloqun sözlərinə görə, Boris Conson birbaşa əvvəlki baş nazirin partiyasını təmsil edir: “Mən onun siyasətində hansısa ciddi dəyişiklik olacağına inanmıram. Bu gün İngiltərənin daimi maraqları var və o maraqlardan çıxış edəcək. Ola bilsin ki, Azərbaycanın regiondakı nüfuzunun artması İngiltərənin siyasətində müəyyən dəyişikliyə yol açsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə gəlincə bildiyiniz kimi İngiltərə ATƏT-in Minsk Qrupunun üzvü deyil. O daima Amerikanın mövqeyindən çıxış edib. Yəni gələcəkdə Azərbaycan-İngiltərə münasibətlərinin normallaşması, inkişafı istiqamətində addımlar atılarsa bu Dağlıq Qarabağ probleminin də həllinə kömək edə bilər. İndi yəqinki yeni baş nazir yeni siyasətə imza atacaq. Arzulayardıq ki, bu sahədə də hansısa irəliləyişlər olsun".

sia.az

Digər xəbərlər