"Ümumiyyətlə, Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud olanda o vilayətin ərazisi 4.4 min kvadrat kilometr idi. Ancaq bu gün “Arsax” respublikası deyilən tanınmamış qondarma “DQR” deyilən o dövləti qurublar və onun ərazisini 11.5 min kvadrat kilometr göstərirlər. Onların bütün rəsmi və qeyri-rəsmi məlumatlarında, BMT-nin, ATƏT-in saytında bu məlumatların hamısı 11.5 min kvadrat kilometr gedir. Bura Kəlbəcər, Laçın, Ağdam rayonunun mərkəzi daxil olmaqla bəzi ərazilər, Xanlar, Göygöl rayonunun bir hissəsi, keçmiş Şaumyan kənd rayonunu və s. hamısını bura qarışdırıblar". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə. Azərbaycanın Xarici İşlər Nazirliyi, müvafiq qurumlar bəyanat verir və etiraz etsələr də onlar öz bildiklərini etməkdə davam edirlər: "Təbii ki, bunu ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin hamısı da bilir. Bu gün ermənilərin “4T” adlı planı və proqramı vardır. Gəlin görək “4T” nədir? Tanınan, tanıdılan, təzminat və torpaq. Onlar bu plan əsasında da hərəkət edirlər və ərazilərini genişləndirməyə çalışırlar. 1988-ci ildə Dağlıq Qarabağ problemi başlayanda şüar nə idi? Şüar birləşmə idi. Birləşmə isə bütün işğal altında olan ərazilərin Ermənistana birləşdirilməsi, Ermənistanın ərazisinin genişləndirilməsi və “Böyük Ermənistan” dövləti qurmaq istiqamətində gedir. Burada məqsəd “Böyük Ermənistan”ın yaradılmasına gedir. Ona görə də biz 30 ilə yaxındır ki, həmsədr dövlətlər, beynəlxalq qurumlar tərəfindən bizim başımızın altına qoyulmuş “sülh yastığı”nı götürməliyik. Bütün bunların qarşısını almaq üçün yeganə bir yol var o da mövcud hərbi gücümüzdən istifadə edib torpaqlarımızın işğaldan azad edilməsinə başlamalıyıq. Artıq vaxt çoxdan çatıb".
sia.az