"Türkiyə vətəndaşlarına Azərbaycana 30 günə qədər giriş vizasının sentyabrın 1-dən ləğv edilməsini iki ölkə arası münasibətlərinin inkişafı baxımından çox müsbət hal hesab edirəm". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, Türkiyə birtərəfli qaydada Azərbaycan vətəndaşlarına 30 gün müddətinə vizasız girişinə icazə vermişdi və vətəndaşlarımız sərbəst şəkildə Türkiyəyə səfərlər edə bilirdi: "İndi yeni qayda tətbiq olunandan sonra Türkiyə vətəndaşları da sərbəst şəkildə Azərbaycana gələ biləcəklər. Bu, birinci növbədə ölkələrimizin Ulu öndərin "Bir millət, iki dövlət" ifadəsinə sadiqliyinin göstəricisi hesab edirəm. İkincisi isə Türkiyə vətəndaşlarının Azərbaycana səfərləri çoxalacaqdır ki, bu da ölkəmizin turizm sektorunda yeni canlanma gətirəcəkdir. Yəni, iki ölkə arasında vizaların qarşılıqlı ləğvinin həm siyasi, həm də iqtisadi fayadaları olacaq".
sia.az