PDF Oxu

Siyasət

  • 3 737

"Belə getsə, ordumuz dünyanın ən güclü ordularından 52-cisi olduğunu göstərəcək” RƏY-ÖZƏL

"Belə getsə, ordumuz dünyanın ən güclü ordularından 52-cisi olduğunu göstərəcək” RƏY-ÖZƏL

“Beynəlxalq “Global Firepower” təşkilatının siyahısında Azərbaycan Ordusunun 137 ölkənin orduları arasında 52-ci olması qürurvericidir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev açıqlamasında deyib.O bildirib ki, Cənubi Qafqaz deyəndə burada üç dövlət yerləşir və Azərbaycan Ordusu onlardan daima irəlidədir.Azərbaycan ordusunun beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin səbəblərini açıqlayan siyasi şərhçi söyləyib ki, burada əsas və demək olar ki, birinci faktor əsgər və zabitlərin peşəkar hazırlığı, hərbi əməliyyatlarda, döyüşlərdə iştirak etməsidir.A.Nağıyev qeyd edib ki, Azərbaycan ordusunun müasir silahlara malik olması ilə bərabər, döyüş təcrübəsi olması da mühüm şərtlərdən sayılır: “Dünyanın bir sıra ordularına nəzər salsaq görərik ki, Çin kimi böyük dövlətin ordusu on illərlə heç bir döyüş təcrübəsinə malik deyil. Eləcə də Hindistan və digərləri. Avropada ən mühüm ordular Fransa və Böyük Britaniya ordusu sayılır. Təbii ki, Rusiya və ABŞ da, Türkiyə də, İsrail də mühüm əməliyyatlar aparan və döyüşən ordular sırasındadırlar. Bu dövlətlərin orduları ilə bir yerdə Azərbaycan ordusunun da adının çəkilməsi mühüm bir amildir”.Siyasi şərhçi əlavə edib ki, bu gün Azərbaycan ordusu bütün paramentrləri ilə düşmən işğalında olan torpaqlarını azad etməyə qadirdir: “Biz dünyəvi dövlətik və beynəlxalq hüquq normalarına uyğun danışıqlarda iştirak edib münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Lakin beynəlxalq ictimaiyyət də, ermənilər və onların havadarları da başa düşməlidirlər ki, Azərbaycan Ordusu güclüdür və belə getsə, həqiqətən də dünyanın ən güclü ordularından 52-cisi olduğunu göstərəcək”.

sia.az

Digər xəbərlər