PDF Oxu

Siyasət

  • 4 258

"Bakıda keçirilən festival kifayət qədər əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT

"Bakıda keçirilən festival kifayət qədər əhəmiyyətlidir" ÖZƏL-MÜNASİBƏT

"Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanın dünya birliyində artan nüfuzunun, rolunun göstəricisidir. Hesab edirəm ki, Bakıda keçirilən festival kifayət qədər əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, XV Avropa Gənclər Olimpiya Festivalında Avropanın 50-dən artıq xarici dövlət və 3 mindən artıq əcnəbi və onların nümayəndələri iştirak edir: "Düşünürəm ki, Azərbaycana olan bu münasibət ölkəmizin Avropada, dünyada olan nüfuzunun bir göstəricisidir. Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Bildiyiniz kimi bu ilin aprel ayında ölkəmizdə növbəti Formula-1yarışları, may ayında isə UEFA Avropa Liqasının final oyunu Bakı şəhərində keçirildi və s. Hesab edirəm ki, bu kimi digər tədbirlər də əhəmiyyətinə, dəyərinə görə ölkəmizin artan nüfuzundan xəbər verir. Bu mənada hesab edirəm ki, Bakıda artıq bir neçə gündür ki, davam edən XV Avropa Gənclər Olimpiya Festivalı da öz əhəmiyyətinə görə seçilir. Bu kimi festivallar müxtəlif ölkələrdə keçirilir və Yay, qış festivallarına bölünür. Yay festivalları qış festivallarına nisbətən həm idmançıların say tərkibinə görə, həm də onların azarkeşlərinin sayına görə kifayət qədər böyük əhatə dairəsinə malik olur. Düşünürəm ki, hər gün Bakıda və regionlarımızda bu cür mühüm əhəmiyyətli tədbirlər reallaşdırılır".

sia.az

Digər xəbərlər