PDF Oxu

Siyasət

  • 4 252

"Bu tədbirlər Azərbaycanın tanınması üçün geniş imkanlar yaradıb" ÖZƏL-MÜNASİBƏT

"Bu tədbirlər Azərbaycanın tanınması üçün geniş imkanlar yaradıb" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, son 10-15 ildə Azərbaycanda müxtəlif beynəlxalq səviyyəli tədbirlər keçirilib. Həmin tədbirlər Azərbaycanın tanınması və nüfuzunun artırılması üçün geniş imkanlar yaradıb. Bu, təbii ki, bir-iki günün məsələsi deyil". Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.Deputatın sözlərinə görə, beynəlxalq tədbirlər zamanı ölkəmizə minlərlə insan, iştirakçılar gəlir: "Müxtəlif səpkili - mədəni, idman, beynəlxalq, siyasi, elmi tədbirlər, forumlar və s. keçirilməsi xaricdən gələn insanların ölkəmiz haqqında daha dolğun informasiya almasına şərait yaradır. Həmin insanlar Azərbaycandakı reallıqları görürlər və burada aldıqları məlumatlarlı öz dostlarına çatdırırlar, ölkəmiz haqqında geniş informasiyaya malik olurlar. Azərbaycanın qonaqpərvərliyi, qədim mədəniyyəti və ölkəmizdə olan şərait və s. hamısı dövlətimizin xeyrinə işləyir. Bildiyiniz kimi bu yaxınlarda Bakıda regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransı keçirildi. Həmin konfransda Azərbaycanın xeyrinə sənəd qəbul olundu. Orada onlarla dövlətin nümayəndələri təmsil olunurdu. Həmin nümayəndə heyəti Azərbaycandakı reallıqlarla bağlı geniş məlumata malik oldular. XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Ölkəmizə gələn xeyli sayda insan Azərbaycanla tanış olduqdan sonra onlarda geniş fikirlər yaranır. Bununla belə bu yaxınlarda Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Bu iclas çərçivəsində Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salındı. Heydər Əliyev Fondu 15 illik fəaliyyəti ərzində UNESKO-da 10-dan çox bu cür qələbələrə imza atıb”.

sia.az

Digər xəbərlər