PDF Oxu

Siyasət

  • 3 714

Paşinyan hakimiyyəti hər şeyi ələ keçirmək niyyətindədir

Paşinyan hakimiyyəti hər şeyi ələ keçirmək niyyətindədir

Hakimiyyət Respublikaçılar Partiyasının Melik Adamyan küçəsindəki binasını əlindən almağa çalışır. SİAErmənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.Qəzet yazır ki, konyak biznesinin ustası Ambartsum Soqomonyanın varisləri Ermənistan Respublika Partiyasına (RPA) qarşı iddia qaldırması, 2001-ci ildə bağlanmış satış müqaviləsinin tanınmasını və əmlaklarının bazar dəyərinin ödənilməsini tələbi ilədir.Nəşrin yazdığına görə, fakt budur ki, Respublikaçılar Partiyası öz mövqeyindən istifadə edərək Soqomyanın nəvəsi Yuri Popopvadan Melik-Adamyan keçəsində, "Köhnə İrəvan"otelinin yanında yerləşən 460 kvadratmetr sahəsi olan köhnə binanı 5 milyon 500 min drama alıb və orada ofis qurub.Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Vaqram Baqdasaryan bir gün əvvəl təmsil olunduğu partiyanın bu davadan narahat olmadığını söyləyib. Bildirib ki, hər şeyin qanuni olduğuna əmindir və məhkəmə qarşısında iddia barədə onlara hələ məlumat verilməyib.“Qraparak” qəzeti xüsusi olaraq qeyd edir ki, bu məhkəmə iddiası ilə hakimiyyət Melik-Adamyan küçəsindəki binanı Respublikaçılar Partiyasının əlindən almağa çalışır. Görünür, Paşinyan hakimiyyəti artıq Ermənistanda hər şeyi özəlləşdirmək, ələ keçirmək niyyətindədir.

sia.az

Digər xəbərlər