"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illər keçməsinə baxmayaraq çox təəssüf ki, həll olunmamış qalmaqdadır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, münaqişənin həll edilməsi istiqamətində beynəlxalq təşkilatların səyləri olmasına baxmayaraq hər dəfə məsələnin həllinə yaxınlaşanda Ermənistan müxtəlif bəhanələrlə məqsəddən yayınır, konstruktiv mövqe sərgiləmir: "Bu da regionda təhlükəni daha da dərinləşdir. Həm də işğal altında olan ərazilər nəzarətsiz olduğundan həmin ərazilərdə dünyanı zəhərləyən narkotiklərin daşınmasının marşurutuna çevrilib. Bütün bunları görə-görə beynəlxalq ictimaiyyət ermənilərin özbaşınalıqlarına göz yummağını davam etdirməkdədir.Ermənilər işğal etmiş Azərbaycan torpaqlarında infrastrukturun yenidən qurulması işləri aparmaqdadır. Azərbaycan XİN buna öz etirazını bildirməsinə baxmayaraq onlar öz işlərini davam etdirməkdədir və bu da ermənilərin danışıqlardan uzaqlaşması kimi fikirini ortaya gətirir. Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və orada münaqişənin həll olunmasına qədər hər hansı bir tikintinin aparılması beynəlxalq normalara ziddir. Amma, Ermənistan heç bir beynəlxalq normaya məhəl qoymur və öz bildiyini davam edir. Bu da danışıqlar prosesinin sonunu yaxınlaşdırır və müharibəni qaçılmaz edir. Düzdür ermənilər torpaqlarımızda müəyyən layihələr icra edir. Mən düşünürəm ki, Azərbaycan ordusu oraları işğaldan azad edəcək və onlaarın qurduğu bütün infrastrukturlar Azərbaycana qalacaqdır. Onlar vaxtıylə işğal etdiyi yerlərimizi dağıdıb talan ediblər. Biz də oralara geri qayıdanda ermənilərin yenidən qurduğu yerlərə sahib olacayıq və bütün bunlardan biz istifadə edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın olub və Azərbaycanın da qalacaqdır".
sia.az