PDF Oxu

Siyasət

  • 4 054

“Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir" RƏY - ÖZƏL

“Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir" RƏY - ÖZƏL

“Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf edir, eləcə də, ölkəmizdə sabitlik, əminamanlıq hökm sürür. Bütün bunlar ölkəmizin imicini daha yüksəldir və beynəlxalq tədbirlərin məkanı kimi Azərbaycanın seçilməsində vacib rol oynayır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.O bildirib ki, Azərbaycan müasir ölkədir, bütün şəhər və bölgələrimiz inkişaf edir, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb.Ölkəmizin artıq illərdir ki, müxtəlif tədbirlərin, yarışların keçirildiyi məkana çevrildiyini deyən deputat söyləyib ki, artıq Azərbaycanda bir sıra mühüm məsələlər müzakirə olunur, görüşlər keçirilir.D.Cəbrayılova xatırladıb ki, 2015-ci ilin yayında Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ev sahibliyi edib: “2016-cı ildən başlayaraq respublikamızda hər il “Formula-1” qran-prisi keçirilir. 2017-ci ilin birinci yarısında isə ölkəmizdə böyük uğurla IV İslam Həmrəyliyi Oyunları keçirilib. Son illərdə respublikamız, həmçinin beynəlxalq şahmat olimpiadasına, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə, 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi missiyasını uğurla yerinə yetirib. 2019-cu ilin əvvəlindən ölkəmizdə “Formula-1” qran-prisinin növbəti yarışları, həmçinin futbol üzrə Avropa Liqasının final qarşılaşması baş tutub. 2020-ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir görüşünü Azərbaycan təşkil edəcək. Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində mümkün olur”.

sia.az

Digər xəbərlər