“Azərbaycanda hazırda dünyaya nümunə ola biləcək bir yol infrastrukturu yaranıb”. Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.Deputatın sözlərinə görə, Sovet dönəmi, 90-cı illərlə müqayisədə ölkədə analoqu olmayan bir proses gedir: “İndi at keçməyən yerlərə belə yol çəkilir. Məsələn Xınalıq vaxtı ilə insanlar üçün möcüzə adası idi. Lakin indi ora yüksək, beynəlxalq səviyyəli yol çəkilib. Elə mənim yaşadığım kəndə çəkilən yolu götürək. Hansı ki, 4-5 nəsil olub ki, bu yolu arzulayıb dünyasını dəyişiblər. Cəlilabad-Yardımlı yolundan gedir söhbət. O yolda 80-dən çox kənd yerləşir və 40-50 min əhalisi var. Yol əvvələr həm də siyasi əhəmiyyət kəsb edən bir anlayış idi. Məsələn, cənubda yaşayan qardaşlarımız bizdəki yolları gedəndə Azərbaycandakı vəziyyətin necə olduğunu görürdülər.Əvvələr körpələrin dörddə biri yolda dünyasını dəyişirdi. Söhbət xəstəxanaya aparılan hamilə qadınlardan gedir. Qış vaxtı xüsusilə rayon mərkəzlərinə çatmaq üçün yollar çox əlverişsiz idi. Mən böyük yolları vurğulamıram, onlar onsuz da bütün dünyada tanınır. Mən ölkədaxili yolları nəzərdə tuturam. Elə götürək Bakı-Astara magistral yolunu. Əvvəl bu yolu 8 saata gedirdik, indi isə 2 saata getmək mümkündür”.
sia.az