“Batumidə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş gürcü vətənpərvərləri alyansı tərəfindən keçirilən mitinq onu sübut etdi ki, heç kimdən daha çox oranın tərəfini tutmaq lazım deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, siyasətçilərimiz nə etdiklərini yaxşı bilirlər: “Lakin, adi sosial şəbəkə istifadəçilərinin ukraynalılardan daha çox ukraynalı, gürcülərdən daha çox gürcü olaraq onların ərazi bütövlüyünün pozulmasına görə özlərinə “əl qatmaları” məndə həmişə ciddi istehza ilə qarşılaşırdı. Nə gürcü, nə ukraynalı, nə də digəri bizə görə dəridən qabıqdan çıxmaz. Bu arada, Cənubi Qafqazda son vaxtlar baş verənlər onu göstərir ki, Kreml Gürcüstana və Azərbaycana kobud şəkildə müdaxilə edərək regiona ABŞ-ın daxil olmasına imkan verməyəcək. Niyə Ermənistanın adını çəkmədim. Çünki, Paşinyan və komandasının Sorosçulardan ibarət olmasına baxmayaraq hakimiyyətə gəldikdən sonra onlar Qərbə xəyanət etdilər. Beləliklə, tamaşa indi başlayır. Sujet triller olacaq.
sia.az