"Ümumiyyətlə Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edir. Azərbaycanda sosial, iqtisadi layihələrin və s. hamısının təşəbbüskarı dövlət başçısı İlham Əliyevdir. Hələ Ümummilli Lider Heydər Əliyev bildirmişdi ki, “Yol mədəniyyətdir, yol iqtisadiyyatdır, yol həyatdır”. Təbii ki, yol bizim infrastrukturumuzun ən mühüm tərkib hissəsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, bu yolların inkişafı bir tərəfdən iqtisadiyyatımıza səmərə gətirir, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir, digər tərəfdən də vətəndaşlarımızın, o cümlədən Azərbaycana gələn qonaqların, turistlərin rahatlığını təmin edir: "Azərbaycanın yerləşdiyi region elə bir regiondur ki, biz tranzit ölkə kimi mühüm üstünlüklərə malikik. Beləcə tranzit ölkəmizdə yol sektoru yüksək səviyyədə olmalıdır və yüksək standartlara cavab verməlidir ki, xarici tərəfdaşları da özünə cəlb etsin. Buna görə də cənab Prezident həm avtomobil, dəmir yollarının, həm də su, hava nəqliyyatının inkişafına daima fikir verir və bura daima investisiya yatırır. Heç də təsadüfi deyildir ki, son 15 ildə Azərbaycanda 15 min kilometrdən çox yeni yollar çəkilib. Bu çox böyük bir göstəricidir. Təkcə magistral, rayonlarası yollar deyil, həm də kəndlərarası, qəsəbələrarası yollar da müasir standartlara uyğun tikilir və əsaslı təmir olunur. Bu həm əhalimizin rahatlığını təmin edir, həm də aqrar turizmin, aqrar sektorun inkişafına öz töhfəsini verir.Dəmiryolu nəqliyyatı son illərdə Azərbaycanda olduqca sürətlə inkişaf edib və demək olar ki, ölkəmizin iqtisadiyyatına böyük səmərə gətirir. Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycandan keçməsi, qədim İpək Yolunun Azərbaycandan keçməsi, eyni zamanda Bakı-Tbilisi-Qars layihəsinin işə düşməsi artıq Azərbaycana dünyanın dəmiryolu magistralında çox vacib tərəfdaşa çevirdi. Bununla belə Şimal-Cənub nəqliyyatının da həmçinin Fin körfəzindən Fars körfəzinə, eləcə də əks istiqamətdə bütün yüklərin daşınmasının Azərbaycan üzərindən təmin olunmasını mümkün etdi. Bu da bizə olduqca böyük iqtisadi dividentlər gətirdi. Bununla belə Bakı-Gəncə sürət qatarının, Bakı-Tbilisi-Qars sərnişin qatarının işə düşməsi oradan isə Naxçıvana dəmiryolu xəttinin çəkilməsi ideyasının ortada olması, Bakıdan Qəbələyə sürət qatarının açılması kimi intensiv işlərin getməsi Azərbaycana həm də bir turist ölkəsi kimi dünyada tanıtdırmağa xidmət edir".
sia.az