PDF Oxu

Siyasət

  • 4 540

"Yol həm də bir mədəniyyətdir" ÖZƏL-MÜNASİBƏT

"Yol həm də bir mədəniyyətdir" ÖZƏL-MÜNASİBƏT

"Ölkədə yol infrastrukturunun yenilənməsi ilə bağlı dövlət başçısı səviyyəsində qəbul edilən proqramlar, verilən maliyyə qərarları bir neçə nöqteyi-nəzərdən diqqəti cəlb edən əhəmiyyətli hadisələrdir". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib."Əvvəla bu Azərbaycanın iqtisadi gücünü, potensialını və eyni zamanda yol infrastrukturunu inkişaf etdirmək sahəsində dövlətin malik olduğu bugünkü proqramların çox yetərli olduğunu nümayiş etdirir. Çünki adi bir məntiqlə də bəllidir ki, iqtisadiyyatı güclü olmayan, böyük inkişaf proqramlarına malik olmayan ölkələr ölkənin daxilində yolların abadlaşdırılması, genişləndirilməsi və s. bu kimi işlərlə məşğul ola da bilmir. Deməli ölkənin iqtisadi gücü var. İkincisi, bu, ölkə daxilində sosial, hümanitar və iqtisadi təsərrüfat baxımından əhəmiyyətli olan faktdır. Çünki, yollar insanlar üçün yaşayış, rahatlıq, daşınmanın intensivləşməsi və xərclərin azalması deməkdir. Eləcə də ölkədə qeyri-neft sektorunun inkişafına dolayı təsir göstərən bir məsələdir, bazarların tələbatının vaxtında və səmərəli ödənilməsi üçün çox vacib bir infrastrukturdur. Təsadüfi deyilməyib ki, yol həm də bir mədəniyyətdir. Üçüncüsü, bu gün Azərbaycanda yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı verilən Prezident sərəncamları həm də Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və logistika mərkəzinə çevrilməsi və bu statusun daha da möhkəmləndirilməsinə xidmət göstərən qərarlar nöqteyi-nəzərdən əhəmiyyətlidir. Məsələn, Şimal-Cənub, Cənub-Qərb marşurutlarının həyata keçirilməsində bu gün Azərbaycanın malik olduğu yol infrastrukturu demək olar ki, böyük rol oynayır"-deyə, A.Quliyev fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər