PDF Oxu

Siyasət

  • 3 833

"Ölkə həyatının bütün sahələrində islahatlar gedir" ÖZƏL-MÜNASİBƏT

"Ölkə həyatının bütün sahələrində islahatlar gedir" ÖZƏL-MÜNASİBƏT

"Mən ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirəni çox diqqətlə izlədim. Həmin müşavirədə bütün sahələrə toxunuldu. Göstərilən rəqəmlər, səsləndirilən fikirlər, gələcəkdə qarşıda duran məqsədlər, vəzifələr və s. hamısına aydınlıq gətirildi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib."Gəlin görək göstəricilər nəyi sübut etdi? Son illər ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə çox ciddi uğurlara imza atıb. Təkcə elə 2019-cu il başlayandan sosial sahədə və başqa sahədə olan islahatlar, hətta kadr islahatları və s. bütün bunların hamısı Azərbaycanın çox uğurlu, sürətli inkişafından xəbər verir. Cənab Prezidentimiz müşavirədə bir məqama diqqəti çəkdi və dedi ki, bu hələ o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Yəni biz bu istiqamətdə daha yeni-yeni uğurlara imza atmaq üçün dünya təcrübəsindən, bu sahədə olan beynəlxalq təcrübələrdən müsbət mənada yararlanmalıyıq. Təbii ki, bütün bunların hamısı da bir məqsədə - ölkəmizin, dövlətimizin bütün sahələrdə inkişafına, güclənməsinə və insanlarımızın maddi, sosial durumunun yaxşılaşmasına xidmət edir. Bu istiqamətdə də hələ görüləsi işlərimiz çoxdur. Cənab Prezidentimiz müşavirədə bunu xüsusilə qeyd etdi və tapşırığını verdi. Yəqin ki, indi bu geniş formada yaxın günlərdə özünün sərəncamlarla , qərarlarla, fərmanlarla təsdiqini tapacaqdır.Yəni ölkə həyatının bütün sahələrində islahatlar gedir", - deyə, E.Məmmədov fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər