PDF Oxu

Siyasət

  • 3 368

"Sosial paketlər bölgə əhalisinin də rifahını yaxşılaşdırıb" AÇIQLAMA - ÖZƏL

"Sosial paketlər bölgə əhalisinin də rifahını yaxşılaşdırıb" AÇIQLAMA - ÖZƏL

“Ötən gün Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə bir daha göstərdi ki, ilin əvvəlindən qarşıya qoyulan vəzifələr uğurla icra edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin resgional məsələlər komitəsinin üzvü, deputat Cavid Osmanov deyib.Müşavirə zamanı Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramının icrasına toxunulduğunu xatırladan deputat ölkə başçısı tərəfindən bu istiqamətdə mühüm, ciddi tapşırıqların verildiyini diqqətət çatdırıb.O deyib ki, regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramlarının icrası nəticəsində artıq Azərbaycanın bölgələrində xeyli işlər gprülüb ki, bura abadlıq-quruculuq, yeni müəssisə, iş yerlərinin, sənaye parkları və məhəllələrin açılması daxildir.C.Osmanov söyləyib ki, təkcə 3 Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda 2 milyona yaxın yeni iş yerləri, yüzlərlə müəssisə yaradılıb, 15 min kilometrə yaxın infrastruktur tamamilə yenilənib, 3200-ə yaxın yeni məktəb, 600-dən çox isə xəstəxana binası tikilib və ya əsaslı təmir olunub: “Təbii ki bütün bunlar dövlət başçısının regionlarımıza göstərdiyi diqqət və qayğısının nəticəsidir. Görülən işlər nəticəsində artıq bölgələrimiz də paytaxt Bakı kimi gündən-günə gözəlləşir”.Deputat vurğulayıb ki, regionlarımız təkcə iqtisadi deyil həm də sosial sahə də də inkişaf etməkdədir: “Belə ki, 2019-cu ilin əvvəlindən Azərbaycanda həyata keçirilən sosial islahatlar, reallaşan paketlər bölgə əhalisinin də yaşayış tərzinə, rifah halının yaxşılaşmasına mühüm dərəcədə müsbət təsirini göstərib. Bunun özü də bölgələrimizin inkişafında mühüm rol oynayır”.Komitə üzvü qeyd edib ki, Prezident İlham Əliyevin ötən gün keçirilən müşavirədə verdiyi tapşırıqlar nəticəsində bölgələrimiz bundan sonra daha sürətlə inkişaf edəcək.

sia.az

Digər xəbərlər