"Cənab Prezidentin sosial-iqtisadi sahə üzrə müşavirədə səsləndirdiyi rəqəmlər Azərbaycanın növbəti inkişaf mərhələsinə daxil olduğunu göstərir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, aparılan məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız güclənir, iqtisadi blokda qeyri-neft sektorunun həcmi artır, sosial sahə prioritet sahəyə çevrilir: "Ölkəmizin inkişafı dünya statistikasında da özünü göstərir. İslahatlar həyatımızın vacib elementinə çevrilir, aparılan siyasət insanların həyat tərzində də özünü göstərir. Cənab Prezidentin siyasi xətti Azərbaycanın və hər bir vətəndaşın maraqlarına cavab verdiyini bir daha yəqin edirik".Qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib.
sia.az