PDF Oxu

Siyasət

  • 7 752

Mirmahmud Mirəlioğlu Əli Kərimliyə niyə nifrət edir? SƏRT İTTİHAM

Mirmahmud Mirəlioğlu Əli Kərimliyə niyə nifrət edir? SƏRT İTTİHAM

KXCP sədri AXCP sədrinə qarşı kəskin ittihamlarını davam etdirir

Əli Kərimlinin hələ də özünü “Əbülfəz Elçibəyin davamçısı”, “təmiz siyasətçi” kimi təqdim etməsi vaxtilə onunla bir cəbhədə olmuş şəxslərin kəskin hiddətinə səbəb olmaqda davam edir. Xüsusilə, illərin düşmənlərinə çevrilmiş şəxslər arasında ən ağır ittihamlar səslənir, tərəflər bir-birlərinə müxtəlif vaxtlarda cərəyan edən hadisələri xatırladırlar. Misal üçün, KXCP sədri Mirmahmud Mirəlioğlu Ə.Kərimlinin özünü “həqiqi Elçibəyçi” kimi müxalifət cameəsinə sırımasına özünəməxsus tərzdə cavab verib. SİA xəbər verir ki, M.Mirəlioğlu bir müddət əvvəl Ə.Kərimlinin mərhum AXC liderinin məzarı önündəki təkəbbürlü çıxışını dolayı yolla “artistlik” adlandırıb.
KXCP sədri: “Bu gün bu məsələni gündəmə gətirmək adamın özünün şəxsi narahatlığından başqa bir şey deyil”
“Məzar önündə çıxış edərkən bu cür etiraflarda bulunmaq, belə məsələlər dilə gətirmək, səsləndirmək kimin deməsindən asılı olmayaraq, həmin adamların narahatlığından xəbər verir”, deyən KXCP sədri həmçinin bildirib ki, Elçibəyin hakimiyyəti zamanında, Elçibəyin partiya sədrliyi zamanında onun əleyhinə olanlar məzarı önündə belə bir fikirlər dilə gətirirlərsə, bu, sadəcə olaraq, eşidənləri və orada olanları aldatmaqdan başqa bir şey deyil: “O məzarın qarşısında o hansı hallar keçirib, mən hansı hallar keçirmişəm, o məzarda dəfn günündən 40 mərasiminə qədər nələr olub, bunları hər kəs bilir. O məzar başında il mərasimində nələr olubsa, onu da hamı bilir və bu, tarixin də yaddaşındadır. Bütün media da bunu yazıb. Bu gün bu məsələni gündəmə gətirmək adamın özünün şəxsi narahatlığından başqa bir şey deyil və dediyim kimi, dinləyiciləri aldatmaqdır”.
Mirmahmud Mirəlioğlu: “Tanımayanların qarşısında belə böyük-böyük danışıb özündən müştəbeh olmaq lazım deyil”
Klassik cəbhəçilərin sədri bəzi xatırlatmalar edərək onu da bildirib ki, həm Elçibəyin doğum günündə, həm də digər günlərdə müxtəlif adamlar guya onu daha yaxından tanıdıqlarını göstərmək üçün açıqlama və s. kimi çıxışlar edirlər və bu 26-27 ildir ki, bu belə davam edir: “Bu müddət ərzində çox sular axıb. Çox adamlar bu haqda açıqlamalar verib. Amma Allaha, Elçibəyə nə cavab verəcəklər? Bunu mütləq nəzərə almalıdırlar. Bu gün gənclərin qarşısında, tanımayanların qarşısında danışanda biraz ehtiyyatlı olmaq lazımdır. Allahı unutmaq lazım deyil, elədiklərinizi unutmaq lazım deyil. Xəlvətdə öyünməyə son vermək lazımdır. Yəni tanımayanların qarşısında belə böyük-böyük danışıb özündən müştəbeh olmaq lazım deyil...”
Daha bir xatırlatma: “Elçibəyin "əlimi çəkərəm sənin kürəyindən, səni məhv edərlər" sözləri də mənə deyilməyib”
Daha bir maraqlı məqam M.Mirəlioğlunun Ə.Elçibəyə xəyanət etdiyini xatırlatması, xüsusilə “Yurd” qruplaşması yaradaraq, ona qarşı təhqiredici addımlar atmasıdır: “Bəyi uzaqlaşdırmaq mümkün deyildi. Amma onlar özləri uzaqlaşıb gedib "Yurd" partiyasını yaratmaq istəyirdilər. 1998-ci ildə yanvar ayının 30-31-də, AXCP-nin Elçibəyin iştirak elədiyi sonuncu qurultayından sonra artıq bu istiqamətdə işlər görülürdü. Bunların da hamısı tarixdə var. "Xalq Cəbhəsinin Yurd Həqiqətləri" adlı kitabda da bu haqda var. May ayında onlar "Yurd" partiyasını yaradacaqdılar. Məsləhət oldu ki, ayrılmasınlar, burda qalmaqları yaxşıdır... Elçibəyin "əlimi çəkərəm sənin kürəyindən, səni məhv edərlər" sözləri də mənə deyilməyib. Bütün bu məsələlərin hamısı tarixdə var. Yəni belə yalanlar danışmaq ayıbdır, xüsusilə də məzar başında”.KXCP sədri hətta Ə.Kərimlinin “Yurd” qruplaşmasının maliyyə qaynağı barədə də danışaraq deyib ki, həmin vaxtlar mobil hücumlar üçün yığılan pullar "Demokratiyanın İnkişaf Fondu" adlı qurumdan ödənilirdi.Beləliklə, bu gün Ə.Kərimlinin özünü “vicdanlı Elçibəyçi” kimi təqdim etməsi əsasən, M.Mirəlioğlunu sərt şəkildə qıcıqlandırıb və o istisna etməyib ki, çox yaxın zamanlarda elə Ə.Kərimlinin başqalarına qarşı etdiyi xəyanətlər onun öz başına da gələcək.

sia.az

Digər xəbərlər