Siyasət

  • 3 620

YAP və ETSN-in birgə təşkil etdiyi yay məktəbinin bağlanış mərasimi keçirilib

image

Avqustun 2-də Yeni Azərbaycan Partiyası (YAP) və ETSN-in birgə təşkilatçılığı ilə “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusunda təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, millət vəkilləri Siyavuş Novruzov, Hüseynbala Mirələmov, Rauf Əliyev və gənclər iştirak ediblər.Nazir yay məktəbində iştirak edən gənclərə uğurlar arzulayıb.Nazir müavini Firdovsi Əliyev bildirib ki, “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusundakı yay məktəbi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Yeni Azərbaycan Partiyasının (YAP) ilk layihəsi deyil; "Bu günə qədər çoxlu aksiya keçirilib. Belə tədbirlərdən biri ötən il keçirilən “Hərəyə bir ağac əkək” kampaniyası idi. Kampaniya nəticəsində 700 mindən çox ağac əkdik. Təbii ki, bu, davamlı prosesdir. Ekologiya və ətraf mühit hər bir ölkəni narahat edən məsələdir. Belə aksiyalar təkcə Bakını deyil, bütün regionları əhatə edəcək”.Nazir müavini qeyd edib ki, bu yaxınlarda “Təbiətin dostu” adlı böyük aksiyaya başlanılıb.Siyavuş Novruzov qeyd edib ki ekologiya insan həyatı üçün əsas məsələlərdən biridir: "Bundan sonra da Bakı və digər rayonlarda keçirilən ağacəkmə aksiyalarının hər birində iştirak edəcəyik. Xəzərin və onun ətrafının təmizliyi ilə bağlı yeni layihə başlayır".S.Novruzov vurğulayıb ki, indiyədək 500-ə yaxın gənc yay məktəblərində iştirak edib.Tədbirin sonunda yay məktəbində iştirak edən gənclər təltif olunublar.

sia.az.

Digər xəbərlər