Siyasət

  • 3 200

"Azərbaycan liberal iqtisadiyyat yolu ilə inkişafdadır" AÇIQLAMA-ÖZƏL

image

"Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.Son altı ay ərzində iqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, ticarət dövriyyəsinin 20 faizdən çox artmasının, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafının təqdirəlayiq hal olduğunu deyən deputat bildirib ki, ötən yarım il ərzində ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulması da yaxşı göstəricilərdəndir.Onun sözlərinə görə, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması 2019-cu ilin sürətli iqtisadi inkişaf ili olmasına zəmin yaradıb: "Son keçirilən sosial-iqtisadi müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, bütün iqtisadi göstəricilər Azərbaycanın düzgün istiqamətdə inkişaf etdiyini və qarşıda duran bütün vəzifələrin icra edildiyini deməyə əsas verir".Deputat vurğulayıb ki, 2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib: "Problemli kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırıldı. Bundan sonra ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıldı. İyulun 31-də keçirilən müşavirə isə bir çox ciddi məsələlər müzakirə və təhlil olundu, dövlət başçısı tərəfindən mühüm tapşırıqlar, göstərişlər verildi. Mühüm tapşırıqlardan biri daimi iş yerlərinin yaradılması ilə bağlı olub. Prezident İlham Əliyev qeyd edib ki, sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar".N.Həmzəyev qeyd edib ki, son keçirilən müşavirədə diqqət mərkəzində olan məsələlərdən biri ölkədə süni qiymət artımı hallarının müşahidə olunması ilə bağlı olub: "Ölkə başçısı müşavirədə çıxışı zamanı süni qiymət artımı hallarının qarşısının alınması ilə bağlı müvafiq qurumlara məsələ ilə ciddi məşğul olmalarını bildirib. Ölkə Prezidentinin humanizmi, xalqın arzu və istəklərini reallaşdırması əhalinin rifah halının daha da yüksəlməsinə müsbət töhfələrini verir. Hər bir Azərbaycan vətəndaşı da dövlət rəhbərinin daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir”.

sia.az

Digər xəbərlər