Siyasət

  • 3 190

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında Azərbaycanın təqdimatı

image

Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanışlıq üçün Alabino poliqonundakı Dostluq Evində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.Müdafiə naziri, eyni zamanda, “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.Məlumat verilib ki, ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara milli mətbəxin nümunələri təqdim edilir.Sərginin Azərbaycan bölməsinə gələn çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları milli yeməklərimizin də dadına baxıblar.

sia.az

Digər xəbərlər