Siyasət

  • 3 188

"Beynəlxalq təşkilatlar Paşinyana öz sözlərini deməlidirlər" ŞƏRH-ÖZƏL

image

“Son proseslər onu göstərir ki, Ermənistan hakimiyyəti danışıqlar masasında oturmaq istəmir”. Bu fikirləri SİA-ya siyasi şərhçi Arzu Nağıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində keçirilən mitinqdəki nitqini şərh edərkən deyib.O bildirib ki, Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş torpaqları olan Dağlıq Qarabağa səfərinə, separatçılarla danışıqları və eyni zamanda Xankəndində keçirilən mitinqdəki çıxışına bir neçə aspektdən yanaşmaq lazımdır.Siyasi şərhçi söyləyib ki, Paşinyan öz nitqi ilə ilk növbədə separatçı rejimlə Ermənistan hakimiyyəti arasında dərin uçurumun olmadığını, son dövrlər yaranan qarşıdurmanın sanki müsbət tərəfə yönəldiyini göstərməyə çalışır: “Bununla yanaşı Paşinyan Dağlıq Qarabağ separatçıları, erməni diasporu və hakimiyyətin eyni nöqtəyə vurmağa çalışdığını nümayiş etdirmək istəyir”.Ermənistan rəhbərliyinin mitinqdəki çıxışının digər məqsədlərdən birinin 2020-ci ildə düşmən ölkədə keçiriləcək seçkilərdə separatçı qurumun “rəhbəri” Bako Saakyanın komandasının lokallaşdırmaq istəyi olduğunu deyən A.Nağıyev Paşinyanın çıxışı zamanı bir dəfə də “Artsax” sözü işlətmədiyini xüsusi vurğulayıb.“Paşinyan hər zaman olduğu kimi budəfəki çıxşında da legitim hakimiyyət məsələsini ortaya qoydu. Bu bir daha göstərir ki, Ermənistanda hakimiyyət tam legitim deyil və Paşinyanın sözündən də məlum oldu ki, onun istədiyi şəxslərin hakimiyyətə gəlməsi istiqamətində hələ bir sıra işlər görülməlidir”,- deyə ekspert qeyd edib.A.Nağıyev əlavə edib ki, Paşinyanın Xankəndində keçirilən mitinqdə etdiyi çıxışlardan sonra onların sülh danışıqları masasına necə əyləşəcəkləri və məsələnin hansı istiqamətdə həll olunacağı qaranlıq görünür: “Çünki Ermənistan işğalçılıq siyasətini davam etməklə yanaşı, bunu leqallaşdırır. Çünki proseslər Ermənistan hakimiyyətinin danışıqlar masasında oturmaq istəmədiyini göstərir. Separatçı rejimin “rəhbəri” Bako Saakyan da çıxşında qeyd etdi ki, belə getsə bir müddətdən sonra qondarma “Dağlıq Qarabağ Respublikası” dövlət kimi tanınacaq. Deməli onların əsas məqsədi status-kovonu saxlamaq və qondarma qurumu gələcəkdə dövlət kimi tanıtmaqdır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrləri, eyni zamanda BMT məsələ ilə bağlı öz sözünü deməli, bəyanatla çıxış etməlidirlər”.

sia.az

Digər xəbərlər