Siyasət

  • 3 757

"Paşinyan Kardaşyanın yerini tuta bilməz" ÖZƏL-MÖVQE

image

"Amerikadakı tanınmışların arasında 15 ən çox yalan danışanı müəyyənləşdirilərkən bəlli olub ki, onlardan biri də Kim Kardaşyandır. Özü də digər tanınmışlar bir-iki dəfə yalan danışıblarsa, madam Kardaşyanın yalanlarının sayı-hesabı yoxdur. Amma əgər söhbət yalandan gedirsə, Kardaşyan daha bir tanınmış soydaşı var ki, ona qibtə edə bilər. Bu, hakimiyyətə gəlməsindən cəmisi 6 ay sonra seçicilərinin “sut”, yəni yalançı ayaması verdikləri Nikol Paşinyandır. Hayların təbirincə desək, Sut Nikol dünən Xankəndində yenə ağzı köpüklənə-köpüklənə Ermənistanın böyük perspektivindən dəm vururdu. Guya 30 ilə onların ordusu dünyadakı 20 ən güclü ordudan biri olacaqmış. ÜMD-ni 15 dəfə, Ermənistanda yaşayanların sayını 2,5 dəfə artırcaqlarmış. Bunu özü də o adam deyir ki, cəmisi iki gün ondan qabaq dövlətinin iflic vəziyyətində olduğunu bildirirdi". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.Deputatın sözlərinə görə, hazırda depopulyasiya ilə üzləşən əhalisi və Ümumi Daxili Məhsulu Azərbaycanınkından təqribən 4 dəfə az olan, “Global Firepower”-in 2019-cu il üçün tərtib etdiyi reytinq cədvəlində ordusu bizimkindən 44 pillə geridə qalan, bütün regional və qlobal layihələrdən təcrid edilən, sərhədlərini özü qoruya bilməyən bir ölkənin 30 ilə regionun ən qüdrətli dövlətinə çeviriləcəyi elə “Böyük Ermənsitan” xülyasının reallaşması kmi bir şeydir: "Müstəqillik əldə edəndən üzü bəri Ermənistanın keçdiyi yol, üzləşdiyi problemlər göstərir ki, rəsmi İrəvan regionda yeridilən işğalçılıq siyasətində alətçilikdən əl çəkməsə, haylar Paşinyana sadəcə Sut Nikol deməyəcək, Köçəryan-Sərkisyan cütlüyü kimi onu da lənətləyəcəklər.O ki qaldı Sut Nikolun pan-hay oyununda səsləndirdiyi “Qarabağ Ermənistandır” fikirlərinə, bu, bir daha onun populist olduğu qədər də məsuliyyətsizliyindən xəbər verir. Qoy desin, bununla özü də fərqində olmadan torpaqlarımızın geri qaytarılmasının tezləşdirilməsi üçün bir növ Azərbaycana xidmət göstərir. Çünki belədə biz həmsədr dövlətlərdən soruşa bilərik və soruşuruq: əgər Ermənistanın başında duran adam Qarabağı ölkəsinin bir parçası sayırsa, onunla hansı danışıqlar, nəyin danışıları aparılmalıdır və məsələ təkid edtikləri kimi necə ancaq sülh yoluyla həllini tapmalıdır? Bir daha vurğulayırıq, Paşinyan bu sərsəmləmərləri ilə əslində bizə qarşı çıxış etmir, havadarlarına riyaraklq və məkr üçün manevr imkanı buraxmır.Sonda Kardaşyan-Paşinyan cütlüyü ilə başladığım kimi onlarla da qurtarmaq istəyirəm. Aydındır ki, xaraktercə bənzəsələr də, Paşinyan gedib Amerikada Kardaşyanın yerini tuta bilməz və bilməyəcək. Ancaq nəzərə alsaq ki, madam Kardaşyan dünyadakı ən populyar hay hesab olunur, o bir gün gəlib Ermənistanda Paşinyanı əvəz və fikrimcə haylara da, elə havadarlarına da ondan daha yaxşı xidmət edə bilər. “Qarabağın Ermənistan olması”na gəldikdə isə paşinyanlar yaxşı düşünsələr görərlər ki, həm tarixi, həm də bu günkü reallıqlar baxımından Ermənistanın Azərbaycanın bir hissəsi olmaq perspektivi daha böyükdür".

sia.az

Digər xəbərlər