Siyasət

  • 4 154

"Paşinyanın məqsədi daxili auditoriyanın fikrini yayındırmaqdır" ÖZƏL-ŞƏRH

image

“Nikol Paşınyan hakimiyyətə küçədən gəlib. Küçə mitinqlərində onu dəstəkləyən xarici və daxili qüvvələr, əsasən də, xarici qüvvələr müstəqil, gənc dövlərlərin içərisində hər zaman qarışıqlıq yaratmaq istəyirlər. Sözsüz ki, Nikol Paşınyanın da küçədən hakimiyyətə, ölkəyə rəhbər gəlməsi üçün çox vədləri, öhdəlikləri var. Yəni boş-boş sözlər veribdir”. Bunu SİA-ya millət vəkili Məlahət İbrahimqızı Ermənistanın baş naziri Nikol Paşinyanın pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Paşinyanı elə-belə hakimiyyətə gətirməyiblər: “Müəyyən öhdəlikləri var ki, həyata keçirməlidir. Paşinyan hakimiyyətə gələndən verdikləri vədləri yerinə yetirə bilmir. Bunu hakimiyyətə gətirən xüsusi qüvvələr də tələb edir ki, "hardasa 2 il olacaq, amma sən hələ verdiyin vədlərin, öhdəliklərin heç birini həyata keçirməmisən". Ona görə də, müxtəlif imitasiyalarla həmin qüvvələrin başını aldatmaq istəyir. Bu cür oyunlarla demokratik imic qazanmaq istəyir. Paşinyana təkcə küçədən hakimiyyətə gətirən qüvvələr deyil, eyni zamanda, ölkə daxilində müəyyən ermənilər də ona səs, dəstək veriblər. Paşinyan küçələrdə, mitinqlərdə “sosial problemlərinizi, güzaranınızı həll edəcəm", Ermənistanda olan anaların övladlarını işğal etdikləri qonşu ölkənin ərazisində qurban verməyəcəm deyə vədlər verib. Çünki bütün dünya bilir, beynəlxalq hüquq da bilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür, qurban olur. Nəticədə də erməni anaları heç nə qazanmırlar. Çünki erməni anaları, qadınları tələb edir ki, bizim uşaqlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Yəni Paşinyanın məqsədi odur ki, daxili auditoriyanın fikirini yayındırsın. Ermənistan büdcəsi boşdur. Ermənistan büdcəsi beynəlxalq fondların, Rusiya kimi dövlərlərin, Fransa kimi dövlətlərin dəstəyi hesabına dolur. Bizdə bir misal var: “Quyuya su tökməklə quyu dolmaz”. Ermənistan əhalisi də görür ki, iki ildir, bunların vəziyyətində heç bir dəyişiklik yoxdur”.M. İbrahimqızı həmçinin hesab edir ki, Paşinyan Xankəndidə keçiriləcək oyunlarla bir növ Azərbaycanı təkrarlamaq istəyir. “Azərbaycanda neçə illərdir ki, çox yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz beynəlxalq idman oyunları, humanitar forumlar, beynəlxalq tədbirlərlə dünyaya səs salıb. Çox güman ki, Paşinyan bizim Prezidentimizin yerişini yeriməyə çalışır. Ancaq başa düşmür ki, o yerişi heç vaxt yeriyə bilməz. Ona görə də, onun Xankəndidə atdığı bu addım xalqına verdiyi vədlərdən, öhdəliklərdən qaçmaq üçün onların başını qatmaq, vaxtı uzatmaq üçün bir imitasiyadır”, - deyə deputat bildirib.

sia.az

Digər xəbərlər