Siyasət

  • 3 716

"Paşinyan absurd bəyanatı ilə nəyə nail olmaq istəyir?" ÖZƏL - ŞƏRH

image

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə Xankəndinə növbəti qeyri-qanuni səfəri reallaşdı. Bu səfər çərçivəsində onun səsləndirdiyi absurd fikirlər öz mahiyyəti etibarilə təxribatçı fikirlərdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Deputatın sözlərinə görə, bu fikirlər nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını buxovlayan fikirlərdir: "Bu həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin üstündən xətt çəkən fikirlərdir. Eyni zamanda bu, beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana zidd olan bir mövqedir. Xüsusilə də Paşinyanın həmin səfəri çərçivəsində söylədiyi “Dağlıq Qarabağ Ermənistanındır” fikri əslində 1992-ci ildə yaradılan və artıq 27 ildir ki, fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun apardığı vasitəçilik missiyasının heçə endirilməsinə bərabər bir yanaşmadır. Yəni 27 ildir ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlıdır. 27 ildən sonra işğalçı dövlətin rəhbəri qeyd edir ki, “Dağlıq Qarabağ Ermənistanındır”. Bu vəziyyətdə həmsədrlər hansı üzlə danışıqlar təşkil etməlidir. Ümumiyyətlə bu danışıqların keçirilməsinin mənası nədən ibarətdir? Bu halda hansı substantiv danışıqlardan söhbət gedə bilər? Ermənistan XİN rəhbəri Paşinyanın bu mövqeyini yumşaldabiləcək formada izah edib. O elə fikirlər səsləndirib ki, həmin fikirlər Paşinyanın düzgün anlaşılmadığını, onun mövqeyinin düzgün başa düşülmədiyi kimi korrektələrdən ibarətdir.Guya Paşinyan “Dağlıq Qarabağ Ermənistanındır” dedikdə o, heç bir halda danışıqlar prosesini pozmaq niyyəti güdməyib. Bu zaman sual yaranır ki, Paşinyan absurd bəyanatı ilə nəyə nail olmaq istəyir? Birincisi ona nail olmaq istəyir ki, ölkəsində onun nüfuzu kəskin şəkildə aşağı düşməkdədir. Ümumiyyətlə onun iqtisadi inqilab haqqında səsləndirdiyi fikirlər indi Ermənistan cəmiyyətində böyük hədəfə çevrilib və gülüş ovqatı formalaşdırıb. Artıq onu qeyri-ciddi bir siyasətçi kimi qəbul etməyə başlayıblar. Onun həm daxili, həm də xarici siyasətindəki qeyri-müəyyənlik artıq Ermənistan cəmiyyətində narahatlığı xeyli gücləndirib".

sia.az

Digər xəbərlər