Siyasət

  • 3 682

"Paşinyanın çıxışı qeyri-adekvatlığı ilə yadda qaldı" ÖZƏL-MÜNASİBƏT

image

"Ermənsistanın baş naziri Nikol Paşinyanın Xankəndində etdiyi çıxışlarının hamısı həm daxili, həm də xarici auditoriya üçün hesablanmışdı". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib."Təsəvvür edin ki, bir gün öncə Paşinyan İrəvanda tam başqa bir rakursdan çıxış edir və eyni zamanda deyir ki, bütün problemlərin hamısı Ermənistanın keçmiş iqtidarının boynundadır. Həmçinin İrəvanın bu siyasəti düzəltmək üçün riçarqları demək olar ki, yoxdur və problem böyükdür və s. belə çıxışlar edir. Bundan sonra isə Paşinyan Xankəndinə səfərdə tam başqa cür çıxış edir. Bildiyiniz kimi bu artıq hazırlanmış bir səfər idi. Burada əsas məram və məqsəd Ermənistan diaspora və qondarma qurumun bir yerdə olmasını göstərmək idi. Əsas məsələ isə ondan ibarət idi ki, bildiyiniz kimi 2020-ci ildə orada qeyri-qanuni həm parlament, həm də prezident seçkiləri keçirilməlidir. O bu seçkilərdə nəyin bahasına olursa-olsun özünün patronajı altında olan bir şəxsin qondarma prezident seçilməsi üçün dəridən-qabıqdan çıxır. Eyni zamanda o göstərməyə çalışır ki, məhz Ermənistan və qondarma qurum arasında elə bir problem yaşanmır və biz daim bir yerdəyik və s. Yəni bu məsələlərə diqqətlə yanaşanda və onun çıxışlarına da fikir verəndə əvvəlcə Bako Saakyan danışdı. Bako Saakyan danışanda yenə də Dağlıq Qarabağ kartını oynamağa başladı. “Biz Ermənistanla bir yerdəyik, lakin buna baxmayaraq biz öz müstəqilliyimiz üçün çalışırıq”. O bu cür rakursdan çıxış edirdi. Paşinyan isə artıq öz çıxışını bir neçə hissəyə bölmüşdü. Onun çıxışı qeyri-adekvat bir çıxış kimi yadda qaldı"-deyə, A.Nağıyev fikrini tamamlayıb.

sia.az.

Digər xəbərlər