Siyasət

  • 3 666

"Müşavirədə səslənən rəqəmlər dinamik inkişafının təsdiqidir" ÖZƏL-MÜNASİBƏT

image

"İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə sözün əsl mənasında ölkə hüdudlarından kənarda da böyük rezonansa səbəb oldu. İlk olaraq bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim. Sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirənin adında bir mahiyyət var idi". Bunu SİA-ya millət vəkili Hadı Rəcəbli deyib.Deputatın sözlərinə görə, müşavirədə diqqətə çatdırılan rəqəmlər ölkəmizin dinamik inkişafının təsdiqidir: "Möhtərəm Prezidentimiz bu ilin əvvəlindən həyata keçirilən ciddi və genişmiqyaslı sosial - iqtisadi islahatların birinci mərhələsinin nəticələri, görülən işlər haqqında ətraflı təhlillər apardı, eyni zamanda, ikinci mərhələ ilə bağlı məsələlərdən söhbət açdı.Qeyd olundu ki, birinci yarımillikdə büdcəyə vergi və gömrük orqanlarının xətti ilə əlavə olaraq 440 milyon manatdan çox vəsait daxil olub. Həmin vəsaitlər məhz bu sosial tədbirlərə yönəldilir. Bundan başqa, bitkiçilik üzrə son 6 ayda ölkədə 25 faiz artım olub. Bütövlükdə qeyri - neft sektorunda olan artım təxminən 13 faizə bərabərdir. Ölkə Prezidentinin son illər xüsusi diqqət göstərdiyi məsələ Azərbaycanda əmək tutumlu iş yerlərinin yaradılmasıdır. Cənab İlham Əliyev bu istiqamətdə bütün icra strukturlarına, maliyyə, iqtisadi orqanlara ciddi tapşırıqlar verib. Qeyri - neft sektoru, xüsusilə də kənd təsərrüfatının inkişafı, aqrar sahə, emal müəssisələri daha çox əmək tutumlu sahələrdir və burada diqqətə çatdırılan artım yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açır. Bu baxımdan möhtərəm Prezidentimizin yanında keçirilən sosial - iqtisadi sahə ilə bağlı müşavirədə diqqət məhz bu sahəyə cəlb olundu. Müşavirədə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev aparılan uğurlu islahatlar, Fərman və sərəncamların icrası ilə bağlı ölkə başçısına hesabat verdi.Bundan başqa, cənab İlham Əliyev özünüməşğulluqla bağlı məsələlərə də toxundu. Qeyd etmək lazımdır ki, özünüməşğulluq ideyası möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni layihələrdəndir. Burada hədəf fərdin özü üçün iş yeri yaratması, o cümlədən bacarıqlarının inkişaf etdirilməsidir. Necə ki, “DOST”, “ASAN xidmət”, eləcə də özünüməşğulluq proqramı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunub. Beləliklə, şəxsiyyətin deqeredasiyasının qarşısının alınması üçün xüsusi şərait və iş yerləri yaratmaqla bağlı Sərəncam verildi və bununla əlaqədar ailələrə 3 - 5 min civarında vəsait ayrıldı. Bu vəsaitin hesabına insanlar kiçik biznesini qurmağa və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa nail olurlar. Burada çalışanların əksəriyyəti əlilliyi olan, Qarabağ əlilləri, həmçinin evdar qadınlardır. Bu qrup insanlar kütləvi məşğulluğa cəlb oluna bilməyən insanlardır. Özünüməşğulluq proqramı əsasında onların bu fəaliyyətə cəlb olunmaları təmin olunur. Müşavirənin gedişində bir daha aydın oldu ki, cari ilin ötən dövründə bu məqsədlər üçün 10 minə yaxın iş yeri yaradılıb.Bundan başqa, möhtərəm Prezidentimiz İlham Əliyev digər bir maraqlı məsələyə də toxunubdu. Ölkə başçısı qeyd etdi ki, özünüməşğulluq Dünya Bankının, eyni zamanda, digər beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Onlar bu məqsədlərə vəsait ayrımaqda maraqlı olduqlarını bildiriblər".

sia.az

Digər xəbərlər