Siyasət

  • 3 696

"ATƏT prizmasından ermənilər iki məsələni aktuallaşdırıblar" ÖZƏL-MÖVQE

image

"ATƏT prizmasından ermənilər iki məsələni aktuallaşdırıblar". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib "Birincisi, ATƏT-in monitorinqlərində missiyanın təyin olunan məntəqəyə çıxarılmasına Azərbaycan imkan vermir. İkincisi, ATƏT PA-da Azərbaycan və Ermənistan nümayəndə heyəti yekun qətnamə üstündə mübahisələr aparıblar. Ermənistan nümayəndə heyətinin iddiasına görə, bəzi antierməni məsələlərin həmin yekun sənədə salınmasına imkan verilməyib, Azərbaycan tərəfi isə bunu özünün böyük qələbəsi kimi təqdim etdi. Azərbaycan tərəfinin mövqeyini düzgün hesab etmək olar. Buna baxmayaraq, Azərbaycan tərəfinin mövqeyində kifayət qədər ciddi qüsur var; ATƏT PA-nın yekun qətnaməsində Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Gürcüstan ərazisindəki münaqişələrə vahid yanaşma nümayiş olunur. Bu yanaşmanı bizim nümayəndə heyəti guya ilk dəfə əldə olunduğunu bildirirlər. Bu kobud səhvdir. “Şərq Tərəfdaşlığı” və ya MDB üzv dövlətlərin ərazilərindəki münaqişələrə vahid yanaşma məsələsi uğrunda ölkə Przezidenti İlham Əliyev uzun müddət mübarizə aparıb və nəhayət 2017-ci ilin noyabrın 24-də Aİ-nin sammitinin yekun sənədində “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazilrindəki bütün münaqişələrin dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında tənzimlənməsi təsbit olunub. O vaxta qədər ölkə Prezidenti dəfələrlə sual qoymuşdu ki, Azərbaycanın ərazi bütövlüyünün Ukraynanın ərazi bütövlüyündən nə fərqi var?!ATƏT PA-dakı nümayəndə heyətinin bu mövqeyi Azərbaycan mətbuatında da geniş yayıldı. Heç bir mətbuat işin bu cəhətinə fikir vermədi. ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi A.Kaspşik qoşunların təmas xəttində monitorinq keçirərkən Dağlıq Qarabağda oldu, qondarma qurumun de-fakto rəhbərliyi (B.Saakyan və M.Mailyan) ilə görüşdü”-deyə, M.Əhmədoğlu fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər