Siyasət

  • 4 958

"Bu, Ermənistandakı vəziyyətin nə qədər pis olduğunu göstərir" MÖVQE-ÖZƏL

image

“Erməni hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin Azərbaycan tərəfə keçməsi Ermənistandakı vəziyyətin nə qədər pis olduğunun göstəricisidir. Hər kəsə məlumdur ki, Ermənistan iqtisadiyyatı tənəzzül dövrünü yaşayır, ölkədə qeyri-sabitlikdir, ordu birləşmələri isə pis vəziyyətdədir. Bunun əksinə olaraq isə Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, ölkə dinamik inkişaf edir. Azərbaycanın qüdrətli ordusu var”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.Azərbaycan ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olduğunu xatırladan deputat söyləyib ki, ölkəmizdə hərbi hissələr ən müasir standartlara cavab verir, ordu quruculuğu prosesi uğurla davam etdirilir.C. Osmanov söyləyib ki, Azərbaycan ordusu daim ayıq-sayıqdır: “Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin sayəsində olub. Ordumuz dünya miqyasında layiqli yerini tutub”.Bəzi hallarda sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycan ordusu ilə bağlı neqativ informasiyalar yayıldığını deyən deputat söyləyib ki, bunu ölkə daxilindəki radikal müxalifət və xaricdə mühacirətdə olanlar erməni lobbisinin dəstəyi ilə həyata keçirirlər: “Bütün bunlar Azərbaycan əsgərinin ruhdan düşməsi üçün edilir. Amma onların əməlləri nəticəsiz qalır. Azərbaycan ordusunun qüdrəti hər kəsə bəllidir. Əsgərlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarlıq göstərirlər”.

sia.az

Digər xəbərlər