PDF Oxu

Siyasət

  • 3 643

"Paşinyan hakimiyyətinin bir ili ermənilər üçün aldanılmış tarix olub" ÖZƏL-MÜNASİBƏT

"Paşinyan hakimiyyətinin bir ili ermənilər üçün aldanılmış tarix olub" ÖZƏL-MÜNASİBƏT

"Nikol Paşinyan hakimiyyətinin bir ili ermənilər üçün çətin və aldanılmış tarix olub". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, Paşinyan hakimiyyətə demokratiya şüarları ilə gəlsə də hakimiyyətdə olduğu müddətdə daha çox anitidemokratik hərəkətləri ilə yadda qaldı: "Mətbuata təzyiq, seçkilərdə polis gücündən istifadə və məhkəmələrə təzyiqlər, iqtisadiyyatda böşluqun böyüməsi və Ermənistanın iflası prosesinin sürətlənməsi. Ümumiyyətlə, Ermənistanın daxili siyasətində xalqın Paşinyandan gözləntiləri özünü doğrultmadı. Ermənistanın beynəlxalq siyasətində isə bu ölkə müstəqillik statusunu itirə-itirə gedir. Paşinyanın aparmaq istədiyi hiyləgər üç üzlü siyasəti Ermənistanı tamamilə hörmətdən salıb və bu gün nə ABŞ, nə Rusiya, nə də Avropa İttifaqının rəhbərliyi Paşinyanla bir stol arxasında oturub danışıq aparmaq istəmir. Hətta deyə bilərik ki, Paşinyanı dövlət rəhbəri kimi qəbul etmir. Paşinyanın 1 illik fəaliyyəti Ermənistana həmişə dəstək dorduğu erməni diasporunun da Ermənistandan üz döndərməyinə gətirib çıxarıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində isə yeni hakimiyyəti ələ alanda münaqişənin həllində üçüncü tərəf kimi Dağlıq Qarabağ ermənilərin iştirakı məsələsini ortaya atmışdı. Onun bu ideyası da uğursuz alındı və davam etdirilən danışıqlar yenə də Ermənistan Azərbaycan arasında aparılır.Həm daxili siyasətində, həm də xarici siyasətdə uğursuzluqa düçar olunan Paşinyan indi də sərsəm bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışır. Onun açıqladığı son bəyanatlar da Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bir daha təsdiqlədi və ATƏT-in Minsk Qrupu həmsədrlərin fəaliyyətini heçə endirərək Azərbaycana öz torpaqlarını silah gücü ilə azad etməyə şansı vermiş oldu. Paşinyan indi isə xarici düşmən təhlükəsi ətrafında erməni ictinmaiyyətini birləşmək fikirlərini ortaya atmaqla hakimiyyətini əlində saxlamaq istəyir. Atalar misalı var: tülkü çox hiyləgər olduğundan dörd ayağı ilə tələyə düşür. Belə ki, Paşinyanın son bir illik hakimiyyəti dövrü Ermənistana yaxşı heç nə vermədi, Azərbaycanın xeyrinə işləmişdir və düşünürəm ki, Ermənistanın iflasının sürətlənməsi dövrü kimi yadda qalıb".

sia.az

Digər xəbərlər