"25 ildir heç bir yerdə işləməyən Əli Kərimlinin Azərbaycandan tutmuş Londona qədər bahalı mülkləri var. Övladının bahalı və lüks həyatını əks etdirən görüntülər zaman-zaman sosial şəbəkələrdə paylaşılıb. Bu adam konkret olaraq heç bir yerdə işləmir, fəaliyyəti yalnız ölkəmizin imicini zədələmək olan Kərimli nəyin hesabına bu qədər bahalı həyatı özünə təmin edə bilib? Sualın cavabı çox sadədir. Adam mitinq adı ilə müxtəlif təxribat xarakterli şoular yaradır, əvvəlcədən sövdələşdiyi adamları asayişi təmin edən polisə qarşı qoyur. Onların şəklini çəkərək pul müqabilində guya burada təqib edilməsini əks etdirən saxta sənəd verərək Avropaya və digər ölkələrə göndərir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Sədrin sözlərinə görə, bu adam illərdir konkret olaraq mühacir biznesi ilə məşğuldur: "Onun xaricə göndərdiyi adamlar indi oradan Azərbaycan dövlətinə qarşı söyüş kampaniyasının başında dayanırlar. Əmisi oğlu, Fransada lüks həyat yaşayan İntiqam Kərimov onun bu ölkədəki biznesini idarə edir, eyni zamanda bu adam açıq şəkildə terrorizmə dəstək verən bəyanatları ilə sosial şəbəkələrdə at oynadır. Əli Kərimlinin tapşırığı ilə ölkəmizə qarşı təhdidlər yağdırır, açıq şəkildə kimlərinsə başını kəsəcəyini bəyan edir. Əli Kərimlinin bankı yox, biznesi yox, ətrafında da özü kimi heç yerdə işləməyib bütün günü dövlətə qarşı iftiralarla sosial şəbəkələrdə saxta profilləri idarə edən və bunula da sosial dəstəklərinin guya çox olduğunu göstərməyə çalışan 100-150 nəfər insan var ki, bunlar da həm Əli Kərimlini, digər AXCP və Milli Şura funksionerləri dolandıra bilməzlər. Və artıq burada xırda bir məntiqlə hansısa çirkli fəaliyyətin mövcudluğu özünü göstərir.Həm də Əli Kərimlinin bahalı həyatını təmin edən xaricdən bunların fəaliyyətini koordinasiya edən qrupların himayəsi ilə gələn çirkli pullardır. Bu qüvvələrin iç-üzünü bildiyi səbəbindən Azərbaycan xalqının inanmadığı uğursuz “siyasi lider” görünür hələ çox hoqqalardan çıxaraq dövlətimizin imicinin korlanması istiqamətində tapşırıqlar icra edəcək. Lakin, 26 il öncə hakimiyyəti, xalqı və dövləti qoyub qaçan fərarilərin bu gün utanmadan, xəcalət çəkmədən virtual məkanın imkanlarından bəhrələnərək qəhrəmanlıq etməyə cəhd etmələri əbəsdir. Surət Hüseynovun qorxusundan bir-birini satmağa növbəyə düzülmüş bu dırnaqarası qəhrəmanları müdrik azərbaycan xalqı yaxşı tanıyır. Bir əsrin dörddə birindən də çox bir zaman kəsiyində xalqın dəstəyini qazana bilməyən bu siyasi miqrant alverçilərinə 3-5 qoyunu belə həvalə etmək mümkün deyil, o ki, qaldı hakimiyyəti. Bunlar necə uğursuz hakimiyyət qurmuşdularsa, eləcə də uğursuz siyasi müxalifətçilik edirlər və məhkum olduqları uğursuzluq onların qabiliyyətləri ilə harmoniya və eynilik təşkil edir. Reallıq hissini çoxdan itirmiş Əli Kərimli hər danışdıqca konkret olaraq psixopat durumda olduğunu nümayiş etdirməkdədir".
sia.az