"Ümumiyyətlə, AXCP sədri Əli Kərimlinin sosial şəbəkələri hakimiyyətə qarşı təsirli rupora çevirmək siyasəti, taktikası demək olar ki, iflasa uğradı". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, bu gün sosial şəbəkələrdə Əli Kərimlinin fəallığına qarşı çox ciddi müqavimət var: "Əli Kərimlinin öz tərəfdarlarını mobil şəkildə sosial şəbəkələrdə hakimiyyətin üzərinə yönəltmək siyasəti iflasa uğradı. Ona görə ki, artıq hakimiyyət düşərgəsi və xalqın hakimiyyətə dəstək verən hissəsi də sosial şəbəkələrdə böyük aktivlik nümayiş etdirməyə başlayıblar. Bu aktivlik sözsüz ki, Əli Kərimlinin tərəfdarlarının sosial şəbəkədə neytrallaşdırılmasında böyük rol oynayır. İkincisi, cəmiyyət artıq gördü ki, Əli Kərimlinin adından çıxış edən həmin sosial şəbəkə fəallarının demək olar ki böyük bir hissəsi trollardır. Yəni, onlar saxta profil sahibləridir. Ümumiyyətlə saxta profil sahiblərinin apardığı təbliğatın təsirinə əgər əvvəllər müəyyən hissə düşə bilirdisə, bu gün isə cəmiyyət əsasən onların trollardan ibarət olduğunu görərək o təbliğatın təsiri altına düşmürlər. Beləcə həmin təbliğatı iqnor edirlər.Əli Kərimli nə qədər özünü sındırmamağa çalışsa da amma əslində onun sosial şəbəkə siyasəti tamamilə iflasa uğrayıb. Artıq bəlli oldu ki, meydanlara özlərinə lazım olan sayda əhalini toplaya bilmirlər. Çünki xalq və cəmiyyət bu siyasətin Azərbaycanı hara aparmasının fərqinə varır. Onlar beynəlxalq təşkilatları – ATƏT-i, Avropa Şurasının, NATO-nu və s. köməyə çağırsa da heç biri gəlmədi. Azərbaycan xalqı onun səsinə səs vermədi. Hətta sonradan İŞİD kimi terror təşkilatını Azərbaycana dəvət etmələrinə baxmayaraq konkret bir nəticə əldə edə bilmirlər. Təbii ki, belə bir şəraitdə Əli Kərimlinin dalbadal bütün mövqeləri uduzmasından xəbər verir".
sia.az