Siyasət

  • 3 560

"Uşaqlar üçün müavinətin bərpa olunması çox vacibdir" ÖZƏL-MÜNASİBƏT

image

"Milli Məclisdə dövlət büdcəsi məsələsi müzakirə olunan zaman bəzi deputatlar tərəfindən uşaqlar üçün verilən müavinətin bərpası məsələsi də gündəmə gətirildi. Təbii ki, mən də onları dəstəkləyirəm. Hesab edirəm ki, uşaqlar üçün verilən müavinət bundan əvvəl necə məna daşıyırdısa, indi də elə olmalıdır". Bunu SİA-ya millət vəkili Aytən Mustafayeva deyib.Deputatın sözlərinə görə, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda uşaqlar üçün müavinət verilmir. Həmin dövrdə müavinətin ləğvi ünvanlı sosial yardımın tətbiqi, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə əsaslandırılmışdı: "Hesab edirəm ki, bu artım daha ciddi rəqəm olmalıdır. Biz gənc və çoxuşaqlı ailələri dəstəkləməliyik. Bu baxımdan düşünürəm ki, uşaqlar üçün müavinət bərpa olunmalıdır. Hətta misal üçün qeyd edə bilərəm ki, Türkiyədə belə bir qanun qəbul olunub ki nənələrin öz nəvələrinə baxmasına görə də bu onlara əlavə staj kimi sayılsın. Amma uşaqlar üçün müavinətin bərpa olunması çox vacibdir. Çünki biz bilirik ki, müasir tələblərə cavab verən həyatda uşağa baxmaq üçün çox şeylərə ehtiyac var. Onu da nəzərə almaq lazımdır ki, təəssüflər olsun təbii qidalanma olduqca azdır. Ona görə də gənc ailələr ya gec uşaq dünyaya gətirirlər, ya da bir uşaqla kifayətlənirlər. Əhalimizin sayının daha da artması üçün bu məsələyə baxılması müvafiq olardı".

sia.az

Digər xəbərlər