Siyasət

  • 3 045

Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır

image

Sentyabrın 9-da Milli Məclisdə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

Görüşdə Milli Məclisin Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Yaqub Mahmudov ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışıb, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açan Yaqub Mahmudov deyib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Lyubitsa Maksimçuk ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O, ölkələrimiz arasındakı münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb. “İnanırıq ki, bizim bu səfərimiz parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə təkan verəcək. Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır. 2013-cü ilin martında ölkələrimiz arasında “Strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında” Zaqreb Bəyannaməsi imzalanıb. Bu sənəd dövlət qurumları arasında əlaqələrin inkişafına, biznes sahəsində münasibətlərin genişlənməsinə imkan yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər