Siyasət

  • 3 296

“Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq qəbul edilir” ARZU NAĞIYEV

image

Bakı şəhərində keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi baxımından çox məhsuldar olub. SİA xəbər verir ki, bu fikirləri politoloq Arzu Nağıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının əhəmiyyətini şərh edərkən deyib.Onun sözlərinə görə, tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib və görüşdə çox mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulub. "Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün dünyada baş verən proseslər, müxtəlif dövlətlərə olan təhdidlərin qarşısının alınması və bu məsələdə belə konfransların əhəmiyyəti ilə bağlı idi”, deyə qeyd edən politoloq əlavə edib ki, Cənab Prezident iclas iştirakçılarına təbrik məktubu da ünvanlayıb: “Təbrik məktubunda əsas məqamlara toxunan İlham Əliyev müasir dünyada sülhə və sabitliyə nail olmaq üçün hansı prioritet istiqamətlərdə işin vacib olduğundan, regional və qlobal təhlükələrin dəf edilməsi üçün dünya dövlətlərinin fəaliyyətlərinin koordinasiya edilməsinin zəruriliyindən bəhs etdi. Cənab Prezident bir daha qardaş türkidilli ölkələrin əlaqələrinin möhkəmlənməsinin Azərbaycan üçün də xüsusi önəm kəsb etdiyini vurğuladı. Eyni zamanda, dövlət başçısı regional təhlükəsizliyin təmin edilməsi üçün ekstremizmin, terrorçuluğun, separatçılığın, qeyri-qanuni miqrasiyanın, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması, transmilli cinayətkar qruplara qarşı mübarizənin daha da gücləndirilməsindən bəhs etdi".“Cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, bu gun Azərbaycan və onun xüsusi xidmət orqanları beynəlxalq təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş olaraq qəbul edilir”, deyə qeyd edən Arzu Nağıyev əlavə edib ki, hər hansı təhdidlərə qarşı mübarizənin aparılması və bu istiqamətdə informasiya mübadiləsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir: "Bu məqamlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin də çıxışında öz əksini tapdı. Əsas məqamlardan biri də ilk dəfə konfransda müşahidəçi qismində iştirak edən Özbəkistanın daimi üzv olmaq üçün müraciət etməsi oldu. Konfransın qəbul etdiyi bəyanat bir daha göstərir ki, belə konfransların təşkil edilməsi bu gün istər qlobal, istər regional səviyyədə, istərsə də ölkələrin özlərinə qarşı yönələn təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir".Xatırladaq ki, sentyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, eləcə də müşahidəçi qismində Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.

sia.az

Digər xəbərlər