Siyasət

  • 3 683

“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək” MÖVQE

image

"Əsrin müqaviləsi"nin imzalanması yalnız Azərbaycanın uzaqgörən və səmərəli enerji strategiyasının deyil, həm də ölkənin ümumi iqtisadi çiçəklənməsinin əsasını qoyub. Tarixi sənədin əhəmiyyətini daha yaxşı dərk etmək üçün biz həmin dövrü xatırlamalı, müstəqilliyimizin elan olunduğu ilk illərdə hakimiyyətin səriştəsizliyi səbəbindən ölkədəki hərc-mərcliyin hökm sürdüyünü, bütün sahələrdə anarxiyanın mövcud olduğunu, iqtisadiyyatın çökdüyünü yada salmalıyıq. Belə bir dövrdəAzərbaycanın mövcudluğunu təsdiq etməsi üçün konkret addım atılmalı idi. Məhz 1994-cü ildə Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsinə, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsinə imkan yaratdı". Bu fikirləri Olaylar.az -a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.Müqavilənin yeni neft strategiyasının əsasını qoymaqla yanaşı, Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin inkişafına, ölkəmizin xarici siyasətinin milli maraqlar əsasında davam etdirilməsinə, respublikamızın beynəlxalq mövqeyinin möhkəmlənməsinə təkan verdiyini deyən ekspert bildirib ki, "Əsrin müqaviləsi" ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi.Baş redaktor söyləyib ki, saziş imzalanana qədər heç bir dövlət Azərbaycana investisiya qoymaqda maraqlı deyildi: "Yalnız müqavilə imzalandıqdan sonra ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici tam olaraq formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi. Dəyəri 7,4 milyard dollar olan "Əsrin müqaviləsi"ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütövlükdə ölkə iqtisadiyyatı inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun tərəqqisinə də ciddi təsir göstərdi"."Əsrin müqaviləsi" imzalandıqdan sonrakı 25 il müddətində neft strategiyası sayəsində çox mühüm hadisələrin baş verdiyini deyən B. Quliyev vurğulayıb ki, saziş bu müddət ərzində Azərbaycan tərəfindən həyata keçirilən geniş transmilli layihələrin başlanğıcı oldu: "1996-cı ildə "Şahdəniz" yatağı üzrə müqavilənin imzalanması, 1997-ci ildə "Çıraq" platformasından ilk neftin çıxarılması, 1998-ci ildəBakı - Novorossiysk neft kəmərinin bərpa olunması və neftimizin Qara dəniz vasitəsilə ixrac edilməsi, 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlininqoyulması və 4 ildən sonra istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də istifadəyə verilməsi və digərləri Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının müsbət nəticələri və bəhrələridir".Ekspert qeyd edib ki, təməli Ulu öndər tərəfindən qoyulan siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə dair hədəfləri düzgün müəyyənləşdirməsi nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə kifayət qədər tanınan, dünya birliyində siyasi, iqtisadi qüdrəti ilə fərqlənən, beynəlxalq əməkdaşlıq arenasında inam və etibarı artan, müstəqil siyasət aparan, çox yüksək və müsbət nüfuza malik olan ölkəyə çevrilib: "Bunun nəticəsidir ki, 2017-ci ildə Azərbaycan 6 ölkənin 11 şirkəti ilə 2050-ci ilə qədər "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yenilənmiş saziş imzaladı. Bu saziş, şübhəsiz ki, 1994-cü ildə imzalanmış müqavilənin yalnız zaman baxımından deyil, həm də geosiyasi aspektdə davamıdır. İmzalanan saziş Azərbaycanın daha da güclənməsinə xidmət edir. Əminəm ki, "Əsrin müqaviləsi" bundan sonra da Azərbaycanın qüdrətini daha da artırmağa xidmət edəcək və ona yeni uğurlar qazandıracaq".

sia.az

Digər xəbərlər