PDF Oxu

Siyasət

  • 3 803

"İnsanlarımız bu inkişafı görür və Prezidentimizi dəstəkləyir” ÖZƏL-MÜNASİBƏT

"İnsanlarımız bu inkişafı görür və Prezidentimizi dəstəkləyir” ÖZƏL-MÜNASİBƏT

"Bu gün çox sevindirici haldır ki, Azərbaycan Respublikasına cənab İlham Əliyev rəhbərlik edir. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən ölkəmiz demək olar ki, beynəlxalq mövqeyini gücləndirib, Azərbaycanın regionları inkişaf edib, Azərbaycanda sosial-iqtisadi inkişaf baş verib, ölkəmizdə insan amili önə çəkilib". Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.Deputatın sözlərinə görə, bu gün Azərbaycanda cənab İlham Əliyevin söylədiyi kimi əsas amil insan amilidir və insanların sosial rifahının yaxşılaşmasıdır: "Biz bir daha hamımız bunun şahidi oluruq. Bu ilin son 9 ayında Azərbaycanda baş verən islahatlar hamının gözü qarşısındadır. İnsanlar böyük ruh yüksəkliyi ilə bu islahatları qəbul edir, sevinir və bir daha əmin olurlar ki, onların Prezidenti həmişə öz xalqının yanındadır, xalqı dəstəkləyir. Təbii ki, bu dəstək qarşılıqlıdır. Azərbaycan xalqı da öz Prezidentinə sadiqdir, həmişə onun ətrafında sıx birləşib və ölkə başçısının yürütdüyü siyasəti bəyənir, dəstəkləyir. Amma çox təəssüflər olsun ki, Azərbaycanı bu gün gözügötürməyən qüvvələr var. Onlar Azərbaycanın bugünkü inkişafını görürlər amma görməməzlikdən gəlirlər. Həm xaricdən, həm də daxildən onları maliyyələşdirən, onları bu yola sövq edən bir qrup insanlar var ki, həmin insanların sözlərinə qulaq asırlar və ölkəmizə qarşı belə kampaniyalar yürüdürlər. Ancaq mən onlara buradan səslənirəm ki, onlar bununla heç bir şeyə nail ola bilməyəcəklər. İnsanlarımız, cəmiyyət bu inkişafı görür və cənab Prezidentimizi dəstəkləyir”.

sia.az

Digər xəbərlər