PDF Oxu

Siyasət

  • 10 798

DSX Akademiyasında kursantların andiçmə mərasimi keçirilib

DSX Akademiyasında kursantların andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Elşən Verdiyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorun-ması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Koman-danlığı altında uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafi-zəsinin ən müasir tələblər səviyyəsinə yüksəldilməsini qeyd etmiş, Vətənə, dövlətə sədaqət andı içən kursantları təbrik edərək, hərbi anda daim sadiq qalacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirərək onlara müvəffəqiyyətlər arzulayıb.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman-danı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiyanın açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı tədbirdə Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların sərhədçi zabit kimi hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradılması, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdırılması, akademiyanın zabit-gizir, professor-müəllim heyətinin gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün qabaqcıl təcrübədən və səmərəli metodlardan bacarıqla istifadə etmələri xüsusi vurğulanıb.Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcək-lərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, sərhədçı adını daim uca tutacaqlarına söz veriblər.Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akade-miyasında təhsil almaları ilə fəxr etdiklərini bildirmiş, gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mərd və vətənpərvər zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

sia.az

Digər xəbərlər