Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər və Qubadlı rayon ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları ilə görüş keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri düzüblər.Daha sonra qonaqlar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin foyesində yaradılan şəraitlə tanış olublar.Müşavirə Mərkəzin Akt zalında davam edib.
sia.az