PDF Oxu

Siyasət

  • 3 885

Xədicə İsmayıl Əli Kərimlini hədəfə aldı: “Cinayətə sahib çıxır” İSTEFA TƏLƏBİ

Xədicə İsmayıl Əli Kərimlini hədəfə aldı: “Cinayətə sahib çıxır” İSTEFA TƏLƏBİ

Fuad Qəhrəmanlının ailəsinə tətbiq etdiyi şiddət olayında onunla yanaşı, Əli Kərimli və trol dəstəsi də ittiham olunmaqdadır. SİA xəbər verir ki, bu dəfə qarşı tərəfləri hədəfə alan Xədicə İsmayıl olub. O, bu kontekstdə bir sıra ittihamlarını irəli sürməklə, F.Qəhrəmanlını törətdiyi əməlindən təmizə çıxarmağa cəhd edənləri sərt şəkildə qınayıb və əslində, AXCP sədri Əli Kərimlinin istefaya getməli olduğunu yazıb. SİTAT: “Biri cəbhəçilərə desin ki, bu mövzuda Selcana hücum çəkmək çox ayıbdır. O şərhləri ilə partiyalarına vurduqları ziyan daha böyükdür. Fuad Qəhrəmanlı özündə cəsarət tapıb, üzr istəyə, qəzəbini qızını linç edənlərə yönəldə bilərdi, amma bir də yalan danışmağı rəva gördü. Selcan dürüst və güclüdür. İntellektual kapasitəsi də çoxlarından yüksəkdir. Bu, partiya olayı deyil, o zaman bir zəhmət, cəbhəçilər yığışsın söhbətdən. Cinayətkara sahib çıxan cinayətə də sahib çıxır”.

Xədicə İsmayıl Əli Kərimlinin istefasını tələb etməklə, onu bir düşmən kimi özündən uzaqlaşdırmağa çalışır
Qeyd edək ki, X.İsmayılın bu məsələdə ittihamçı rolunda çıxış etməsinin daha bir səbəbi onunla Ə.Kərimli arasında “siyasi məhbus” syahılarının hazırlanması yönündəki qarşıdurmalarıdır. Belə ki, X.İsmayıl sözügedən vasitə ilə, yəni Ə.Kərimlinin istefasını tələb etməklə, onu bir düşmən kimi özündən uzaqlaşdırmağa çalışır.Onu da bildirək ki, Ə.Kərimlinin istefasını yalnız X.İsmayıl deyil, eyni zamanda, ABŞ-da yaşayan Rəsul Quliyev də tələb kimi irəli sürüb. Lakin AXCP sədri istefa çağırışlarına, ona qarşı yönəlmiş haqlı sərt tənqidlərə etinasız yanaşır. O cümlədən, öz günahlarını başqalarının “ayaqlarına” yazmağa cəhdlər göstərməklə, məsələdən yayınır. Bu baxımdan, mitinq amilini ortaya atır. Lakin ona qarşı istiqamət alan istefa tələbləri hər gün bir qədər də artmaqda davam edir.

sia.az

Digər xəbərlər