Bu gün, 26 sentyabr tarixində Mənəvi Dəyərlərin Təbliği Fondu "Tolerant Azərbaycan" mövzusunda konfrans keçirib. Konfrans Azərbaycanın Dövlət Himni ilə öz işinə başlayıb. SİA xəbər verir ki, konfransda ilk öncə açılış nitqi ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfrans iştirakçılarlnı salamlayıb.O, qeyd edib ki, bu tədbirlər yalnlz inkişafa xidmət edir və əlaqələrin genişləndirilməsi mədəniyyətin inkişafı deməkdir. Həmçinin vurğulayıb ki, Azərbaycan Dövləti milli dəyərlərə xüsusi yer ayırır və diqqət göstərir.
"Bu konfrans Yəhudi xalqının qarşıdan gələn yeni il, "Roşaşana" bayramı münasibətilədir. Bu gün biz yəhudi xalqının nümayəndəsi Albert Aqarunovun da xatirəsini əziz tuturuq. Onun monumentinin açılışı da bu münasibətin təzahürüdür", deyə fondun icraçı direktoru bildirib.Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov sözü Bakı Şəhəri Dağ Yəhudilərinin sədri Milix Yevdayevə verib. M.Yevdayev öz çıxışında Azərbaycan xalqı ilə Yəhudi xalqının qardaşlığından söz açıb. O, Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovu da xatırladıb və bunun qardaşlıq nümünəsi olduğunu diqqətə çatdırıb.Ardınca icma sədri Yəhudi xalqının qarşıdan gələn "Roşaşana" bayramının mahiyyətindən, onun fəlsəfəsindən danışıb. Qeyd edib ki, bu bayram yəhudilərin bayramları içərisində ən əlamətdar hesab olunur. İcmanın digər qurumlarla birgə fəaliyyətinə toxunan icma sədri Qafqaz Müsəlmanlar İdarəsi, xüsusilə Şeyxülislam Allahşükür Paşazadə ilə çox yaxşı münasibətlərindən danışıb və ona can sağlığı arzulayıb."Biz Azərbaycanı öz vətənimiz hesab edirik. Arzu edirik tezliklə Azərbaycan bayrağı Qarabağın səmasında dalğalansın", deyə icma sədri xoş arzularını bildirib.Daha sonra konfrans iştirakçıları üçün Yəhudi İcmasına həsr olunan film nümayiş etdirilib.Filmin nümayişinin ardınca Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitısinin sədr müavini Gündüz İsmayılov çıxış edib. Komitə sədrinin müavini hər kəsi komitə adından salamlayıb və bütün yəhudiləri qarşıdan gələn "Roşoşana" bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə tolerantlığın hansı yüksək səviyyıdə olduğunu xatırladıb və qeyd edib ki, bu gün burada, bu konfransda toplanma ölkəmizin tolerantlığının ümumiləşdirilmiş modeli, onun şəklidir.Ardınca söz Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevə verilib.Sədr müavini ilk öncə konfrans iştirakçılarını salamlayıb və yəhudiləri qarşıdan gələn "Roşoşana" bayramı münasibətilə təbrik edib."Azərbaycanda yaşayan xalqlar bizim gücümüzdür, qüvvətimizdir. Biz bundan sonra da bir yerdə, qardaş olmalıyıq", deyə Fuad Nurullayev bildirib.O, xarici səfərlərə də bir yerdə getdiklərini deyib. Xaricdə bizim yəhudi icması ilə bir yerdə olmağımızı təəccüblə qarşılayırlar deyən sədr müavini bunun dostluq, qardaşlıq, tolerantlıq nümünəsi olduğunu da xatırladıb.Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefektirasının ordinarisi Vladimir Fekete və Avropa Təhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskinin nitqi ilə davam etdirilib.
sia.az